Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azercell yeni “Qarabağın səsini dinlə” audiokitab layihəsini təqdim edib - Video
Azercell yeni “Qarabağın səsini dinlə” audiokitab layihəsini təqdim edib - Video

Bu gün ADA universitetində “Azercell” MMC-nin Şuşa ilinə həsr edilmiş “Qarabağın səsini dinlə” audiokitab layihəsinin təqdimatı keçirilib. Bu ilki səsli kitablar Şuşada doğulmuş yazıb-yaratmış müəlliflərin əsərəri əsasında hazırlanıb.

Bizimyol.info xəbər verir ki, “Qarabağın səsini dinlə” audiokitab layihəsinin təqdimat tədbirində çıxış edən “Azercell Telecom” MMC-nin korporativ ve sosial məsuliyyət üzrə eksperti Sahilə İbrahimova bildirib ki, hər il dekabr ayında belə bir layihə təqdim olunur.

“Azercell Telecom” MMC-nin korporativ ve sosial məsuliyyət üzrə eksperti Sahilə İbrahimova Sahilə İbrahimova

“"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik". Bu, bizim biznes şüarımızdır. Rəqəmsal yeniliklərin dünyanı dəyişdirdiyi bir dövrdə bu rəqəmsallıqdan insanları, dünəni və bugünü, keçmişi və gələcəyi bir-birinə yaxın etmək, bağlamaq üçün bir fürsət kimi istifadə etmək istəyirik. Bu 5 ildə yüzlərlə mükəmməl ədəbiyyat nümunəsini müxtəlif dillərə tərcümə edərək, təqdim etmişik. Bu dəfəki layihəmizi Qarabağda yaşamış dahilərin əsərlərindən ibarətdir” - Sahilə İbrahimova qeyd edib.

Daha sonra söz “Azercell Telekom” MMC-nin Media ilə əlaqələr şöbəsinin direktoru Nigar Şıxlinskayaya verilib. O, çıxışı zamanı bildirib ki, bu layihənin ərsəyə gəlməsi üçün təkcə ideya kifayət deyil.

“Azercell Telekom” MMC-nin Media ilə əlaqələr şöbəsinin direktoru Nigar Şıxlinskaya “Azercell Telekom” MMC-nin Media ilə əlaqələr şöbəsinin direktoru Nigar Şıxlinskaya

“Əsas ideyamız ondan ibarət idi ki, Azərbaycan dilində keyfiyyətli məzmun yaradaq. Bilirsiniz ki, rəqəmsal platformalarda Azərbaycan dilində keyfiyyətli məzmun qıtlığı var. Biz bu qıtlığı aradan qaldırmaq istəyirdik. Və çalışdıq ki, tədricən rəqəmsal məzmun yaradaq ki, gənclər bundan yararlansın. Öz mədəniyyətimizi, öz ədəbiyyatımızı rəqəmsal platformada təbliğ edək. Onu dünyanın müxtəlif ölkələrdə, müxtəlif dillərdə əl çatan edək. Smartfonları və mobil cizahları tək əyləncə vasitəsi kimi yox, faydalı vaxt keçirmə vasitəsi kimi təbliğ edək. Əsas ideya bundan ibarət idi. 2017-ci ildən biz bu layihəni həyata keçirməyə başladıq. Birinci bizim könüllülərdən ibarət qrupumuz yaradıldı. Biz bunu sosial mediada müsabiqə elan edərək topladıq. Klassik müəlliflərlə, Azərbaycan müəlliflərinin əsərlərindən ibarət audio kitab buraxdıq. Biz gənc yazarların da tanıdılmasına yol açdıq. Daha sonra bu məzmunu genişləndirməyə başladıq.

“Koroğlu” dastanını səsləndirdik. Nəsiminin və Nizaminin yubileyinə həsr olunmuş onların əsərlərindən ibarət parçaları səsləndirdik. Onları 5 dilə tərcümə etdik və beynəlxalq platformalara yerləşdirdik. Bu il prezident İlham Əliyevin sərəncamı ilə Şuşa ili elan olunub. Biz qərara aldıq ki, Şuşada yaşayıb-yaratmış dahilərin əsərlərini audiokitab və podcast şəklində təqdim edək.

Əslində, Şuşada yaşayıb-yaradan dedikdə mən biraz pis oluram. Çünki son 30 ildə heç kim Şuşada yaşayıb-yaratmayıb. Amma, bundan sonra olacaq” - deyən Nigar Şıxlinskaya layihəyə dəstək göstərən bütün tərəfdaşlara təşəkkürünü bildirib.

“Azercell Telecom” MMC-nin korporativ ve sosial məsuliyyət üzrə eksperti Sahilə İbrahimova vurğulayıb ki, artıq “Qarabağın səsini dinlə” layihəsinə “Azercell”-in rəsmi YouTube kanalında baxmaq, dinləmək mümkündür.

Mədəniyyət Nazirliyinin rəqəmsal inkişaf şöbəsinin rəhbəri Ramil Abbəkirov çıxışı zamanı qeyd edib ki, Mədəniyyət Nazirliyi olaraq hər zaman özünü mübarizədə hiss edir.

“Bizim mübarizəmiz mədəniyyətimizin, mədəni irsimizin qorunması sahəsindədir. Qarabağın əksər şəhərlərində bizim abidələrimiz dağıdılıb, biz bunu görürük. Biz nə qədər iş görsək də, işin böyük hissəsi cavanların çiyninə düşür. Qarabağdakı həyatın bərpası cavanların çiyninə düşür. Bu gün biz onun bazasını qururuq. Bu gün insanların dilində danışmaq üçün lazım olan metodika rəqəmsal metodikadır. Bu baxımdan “Azercell”-in bu layihəsi çox yüksək qiymətləndirilir. “Azercell” hər zaman aktual məsələlərə çox həssas yanaşır. Mən hesab edirəm ki, bu bizim mədəniyyətimizin qorunmasında atılan ən mühüm addımdır. Mən bu sahədə fəaliyyət göstərən bizneslərə də aktiv olmağa dəvət edirəm” - deyə Ramil Abbəkirov qeyd edib.

ADA universiteti Fondunun Prezidenti Natiq Hacıyev bildirib ki, bu layihə hazırkı və gələcək nəsillər üçün böyük bir töhfədir:

“Mən bu tədbiri həmdə ictimai diplomatiyanın bir hissəsi adlandırıram. Biz ADA universitetində müxtəlif tələblərə, diplomatlara diplomatiya sahəsində təlimlər keçirik. Çünki, biz istəyirik ki, Azərbaycanın hər bir vətəndaşının Azərbaycan mədəniyyətini təbliğ etmə imkanı olsun.

Eyni zamanda, ADA universitetinin böyük kitabxanası var. Burada 46000 çap, 200000 elektron kitab, 300000 məqalə müasir texnologiya ilə təchiz olunmuş kitabxanamız mövcuddur. Mədəni irsimizin qorunması sahəsində ADA bir çox mühüm layihələrə imza atıb”.

Daha sonra ADA universitetinin tələbələri Julia Miller, İrlan Shokulov, Quentin Le Lann və Oljayto Ersay öz dillərində Qarabağda yaşamış Azərbaycan ədiblərinin əsərlərini səsləndiriblər.

Tədbirdə çıxış edən “Colorit” Yaradıcılıq Emalatxanasının rəhbəri Teymur Nəcəfzadə çıxışı zamanı Azərbaycan dilində məzmun yaradılmasının əhəmiyyətindən danışaraq, "Qarabağın səsini dinlə" layihəsindəki məzmunun yüksək dəyərləndirilməsinin vacibliyini qeyd edib.

Tədbir “Yuğ” Teatrının aktrisası Natavan Qeybani Xurşudbanu Natəvanın qəzəlini səsləndirməsi ilə davam edib.

Bununla yanaşı, tədbirdə layihə çərçivəsində audiokitab layihəsinin hazırlanma prosesi mərhələsində çəkilmiş kadrlar və “Firəng Əhməd” kimi tanınan Əhməd Ağaoğluna aid komikslərlə hazırlanmış animasiya videosu nümayiş etdirilib.

Eyni zamanda, ifaçı Aisel "Şuşa kompozisiyası" və ingilis dilində"Sülh üçün" adlı mahnılarını səsləndirib.

Orxan Musabəyli - İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »