Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Vüqar Həşimov Memorialı-2022: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb
“Vüqar Həşimov Memorialı-2022: Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb

“Vüqar Həşimov Memorialı-2022” VIII beynəlxalq şahmat turnirində növbəti görüşlər keçirilib.

“Report”un məlumatına görə, üçüncü oyun günündə rapid növü üzrə VII, VIII və IX turun qarşılaşmaları baş tutub.

Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov 1 qalibiyyət, 1 heç-heçə əldə edib, bir görüşdə isə 17 yaşlı Aydın Süleymanlıya uduzub. Məmmədyarov turnirdə ilk qələbəsini IX turda Abdulla Qədimbəyli üzərində qazanıb.

Rauf Məmmədov gün ərzində keçirdiyi 3 görüşdən ikisində rəqibini məğlub edib.

"Vüqar Həşimov Memorialı-2022"

VII tur

Nodirbek Abdusattorov (Özbəkistan) - Rauf Məmmədov – 1:0

Riçard Rapport (Rumıniya) - Semuel Şenklend (ABŞ) – 1:0

Qukeş Dommaraku (Hindistan) - Van Hao (Çin) - 0,5:0,5

Valyexo Pons (İspaniya) - Abdulla Qədimbəyli – 0,5:0,5

Aydın Süleymanlı - Şəhriyar Məmmədyarov – 1:0

VIII tur

Rauf Məmmədov - Şəhriyar Məmmədyarov - 0,5:0,5

Abdulla Qədimbəyli - Aydın Süleymanlı - 0,5:0,5

Van Hao (Çin) - Valyexo Pons (İspaniya) – 0:1

Semuel Şenklend (ABŞ) - Qukeş Dommaraku (Hindistan) – 1:0

Nodirbek Abdusattorov (Özbəkistan) - Riçard Rapport (Rumıniya) - 0,5:0,5

IX tur

Riçard Rapport (Rumıniya) - Rauf Məmmədov – 0:1

Qukeş Dommaraku (Hindistan) - Nodirbek Abdusattorov (Özbəkistan) - 0,5:0,5

Valyexo Pons (İspaniya) - Semuel Şenklend (ABŞ) – 1:0

Aydın Süleymanlı - Van Hao (Çin) – 0,5:0,5

Şəhriyar Məmmədyarov - Abdulla Qədimbəyli – 1:0

Qeyd edək ki, yarış dekabrın 24-də başa çatacaq. Hazırda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorov 14 xalla liderdir. Ondan 2 xal geri qalan Rauf Məmmədov və ispaniyalı Valyexo Pons 2-3-cü yerləri bölüşdürürlər. Çinli Van Hao 10 xalla 4-cü sırada qərarlaşıb. Hərəyə 8 xalı olan Rapport və Məmmədyarov 5-6-cı pillələrdə qərar tutublar. Qədimbəyli 7 xalla 7-ci, eyni xala malik Dommaraku 8-cidir. Şenklend və Süleymanlı aktivlərindəki 6 xalla son iki sırada yer alıblar.

Son xəbərlər
Bütün xəbərlər »