Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2023-cü il Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına başlandı
2023-cü il Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına başlandı

İndidən bilet əldə etmək istəyən azarkeşlər yanvarın 15-dək davam edəcək 20 faiz erkən satış endirimindən yararlana biləcəklər.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) dekabrın 15-dən etibarən 2023-cü il Formula 1 Azərbaycan Qran Prisinə ənənəvi olaraq “early bird” erkən bilet satışına start verir. Azarkeşlər 20 faizlik endirim fürsətindən yalnız 15 yanvar tarixinədək faydalana biləcəklər.

“Biz Bakı Şəhər Halqası olaraq, möhtəşəm avtoidman yarışını Azərbaycan vətəndaşları üçün daha da əlçatan etmək istədik. Belə ki, həmvətənlərimiz və ölkəmizin rezidentləri Bakı yarışına biletləri beynəlxalq qiymətlərlə müqayisədə 2 dəfəyədək sərfəli qiymətlərlə əldə edə biləcəklər.  Bu il daha çox yerli azarkeşin F1 yarış həyəcanını yaşaması və Dənizkənarı Milli Parkda əyləncələrdən zövq alması üçün erkən bilet satışı dövründə ayaqüstü biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün biletlər isə 110 manatdan 480 manatadək olan qiymət aralığında təklif olunacaq. Fürsətdən istifadə edərək, avtoidman həvəskarlarını bu kampaniyadan vaxt itirmədən faydalanmağa dəvət edirik.”- deyə BŞH-nin Satış və Kommersiya departamentinin rəhbəri Səbri Gülmalıyev  mətbuat konfransındakı açıqlamasında bildirib.

“28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Qran Prisinə ölkəmiz 7-ci dəfə ev sahibliyi edəcək. Builki yarışda ilk dəfə olaraq, paytaxt Bakıda azarkeşlərin həyəcanla izlədiyi F1 Sprint yarışı baş tutacaq. Bu mövsümün ilk  F1 Sprint yarışıdır və qürur hissi duyuruq ki, bu yarışın baş tutacağı altı ölkə arasında Vətənimiz də təmsil olunur. Yarış həftəsində keçiriləcək əyləncə proqramları ilə bağlı məlumat mütəmadi olaraq azarkeşlərin və ictimaiyyətin diqqətinə çatdırılacaq.”- deyə BŞH-nın milli mətbuat katibi Turab Teymurov  jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.

Biletləri BŞH-nın rəsmi veb səhifəsindən www.bakucitycircuit.com və ya aşağıdakı yerli satış məntəqələrindən əldə etmək mümkündür:

  • 28 Mall
  • Gənclik Mall
  • Heydər Əliyev Sarayı
  • Kiosk 1 (Azərbaycan kinoteatrı)
  • Kiosk 2 (Nizami küçəsi)
  • ASAN 1
  • ASAN 2
  • ASAN 3
  • ASAN 4
  • ASAN Sumqayıt

Həmçinin, *6003 çağrı mərkəzi biletlərlə bağlı yaranan sorğuları cavablandıracaq.

Son xəbərlər
Bütün xəbərlər »