Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Argentina millisi Xorvatiya yıması ilə qarşılaşacaq - Yarımfinal
Bu gün Argentina millisi Xorvatiya yıması ilə qarşılaşacaq - Yarımfinal

Qətərdə dördillik dövrün əsas futbol hadisəsi olan 2022-ci il dünya çempionatı başa çatmaq üzrədir.

Bizimyol.info xəbər verir ki, Qətərdə keçirilən dünya çempionatının yarımfinal oyunları ərəfəsində analitiklər turnirdə hansı millinin ən yaxşı komanda olacağını proqnozlaşdırıblar.

2022-ci il dünya çempionatının 1/4 final mərhələsinin oyunlarından sonra bukmekerlərin qiymətləri dəyişib. Onların fikrincə bu mərhələdə turnirin əsas favoriti – Xorvatiyaya penaltilər seriyasında uduzan Braziliya millisi idi.

1/4 finaldan sonra bukmekerlərin yeni qiymətləndirmələrinə görə, hazırda Qətərdə keçirilən dünya çempionatının əsas favoriti Fransa yığmasıdır.

Dünya çempionatının əsas favoritləri siyahısında ikinci yeri Argentina millisi tutur.

Xorvatiya və Mərakeşin DÇ-2022-nin qalibi olmaq şansları o qədər də yüksək deyil.

Dünya Kuboku 2022 üçün bukmeker əmsalları:

Fransa - 2.10

Argentina - 2,70

Xorvatiya - 8,0

Mərakeş - 10.50

Əlavə edirik ki, DÇ-2022-nin yarımfinalında Xorvatiya yığması Argentina ilə qarşılaşacaq, Fransa isə gücünü turnirin əsas sensasiyası - Mərakeş yığması ilə ölçəcək.

2022-ci il dünya çempionatının 1/2 final mərhələsinin oyunlarının təqvimi:

13 dekabr

23:00 Argentina - Xorvatiya

14 dekabr

23:00 Fransa - Mərakeş

Xatırladaq ki, mundialın hazırkı qalibi DÇ-2018-in finalında Xorvatiyaya qalib gələn Fransa millisidir.

Son xəbərlər
Bütün xəbərlər »