Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanın ultimatumu Yunanıstanı qorxutdu: "Armud toplamayacaq..."
Ərdoğanın ultimatumu Yunanıstanı qorxutdu: "Armud toplamayacaq..."

Türkiyə ilə Yunanıstan arasında gərginlik illərdir davam edir. Zamanla bu, bölgədə müharibə rüzgarları əsdirir. Hərdən elə təəssürat yaranır ki, lap yaxın günlərdə döyüşlər başlaya bilər. İndi də tərəflər arasında gərginlik var. Düzdür, söz atışmasının müharibəyə aparıb çıxaracağını demək olmaz. Amma istənilən halda xeyli sərt bəyanatlar eşidilir.

Bizimyol.info xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözləri Yunanıstanda gündəm olub. Avropa ölkəsində həmin ifadələrdən qorxuya düşüblər. Türkiyə mətbuatı Ərdoğanın xəbərdarlığını manşetlərə daşıyıb.

Dövlət başçısı Samsun şəhərində keçirilən tədbirdə Yunanıstan haqqında danışmışdı. O, qonşu ölkənin sakit dayanmadığını bildirmişdi: “Raket istehsalına başladıq. Təbii ki, bu işlər Yunanıstanı qorxudur. “Tayfun” deyirsən, qorxurlar. Deyirlər ki, Afinanı vurar. Sən rahat dayanmasan, əlbəttə, vurar. Sən ABŞ-dan adalar üçün nəsə almağa çalışırsansa... Türkiyə kimi dövlət armud toplamayacaq hər halda. Mütləq cavab verəcək”.

Kiriakos Mitsotakis və Rəcəb Tayyib Ərdoğan Kiriakos Mitsotakis və Rəcəb Tayyib Ərdoğan

Yunanıstan qəzetləri Ərdoğanın sözlərinə geniş yer verib. “Nea” 561 km mənzilli ballistik “Tayfun” raketlərinin Afinanı vurmağa hazır olduğunu yazıb. Yunanıstan qəzeti ölkənin həyəcan içində olduğunu xüsusi qeyd edib.

ERT1 telekanalı Ərdoğanın Avropa dövlətini təhdid etdiyini xəbər buraxılışlarında səsləndirib. “Katimerini” də Türkiyə Prezidentinin fikirlərinin böyük hərflərlə fərqləndirib. Ümumi məzmun budur ki, Ərdoğan adaların silahlandırılmasına biganə qalmayacaqlarını deyir.

Yunanıstanın “Etnos” nəşri Türkiyəni bütün dünyada məşhurlaşdıran məqama da diqqət çəkib. Qəzet pilotsuz uçuş aparatlarının geniş imkanlarından bəhs edib. “Etnos” Türkiyənin dronlarla müdafiə sənayesində inqilaba imza atdığını yazıb.

Türkiyə ilə Yunanıstan arasında baş verənlər sosial mediada da çox müzakirə olunur. Qardaş ölkədə qarşı tərəfi Ankaranı qıcıqlandırmaqda ittiham edirlər. Sosial media istifadəçilərindən biri Yunanıstan üçün yuxusuz gecələrin başladığını qeyd edib. Avropa ölkəsində isə Türkiyənin həmişə kimi “əzələ nümayişi” ilə məşğul olduğu düşünülür.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »