Dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub.
Bizimyol.info xəbər verir ki, 1/4 final oyununda Fransa milli komandası İngiltərə yığmasına 2:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazannıb.
Hesabı 17-ci dəqiqədə fransızlardan Orelyen Çuameni açıb. 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Harri Keyn hesabda bərabərlik yaradıb. 78-ci dəqiqədə Olivye Jiru Fransa millisini yenidən hesabda önə keçirib. 84-cü dəqiqədə ingilislər yenə penalti vurmaq hüququ qazanıblar. Lakin Harri Keyn bu dəfə topu qapı çərçivəsinə göndərə bilməyib.
Bununla da, Mərakeş millisi yarımfinalda Fransa yığması ilə qarşılaşacaq.
Yarımfinal qarşılaşmaları dekabrın 13-ü və 14-də keçiriləcək. Yarımfinalın digər oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gələcəklər.