Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mask: 1,5 milyard "Twitter" hesabı silinəcək
Mask: 1,5 milyard "Twitter" hesabı silinəcək

"Twitter"in yeni sahibi Elon Musk ardıcıl paylaşımlarında sosial şəbəkə üçün yeni planlarını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə o, öz "Twitter" hesabında yazıb.

"Tezliklə "Twitter" 1,5 milyard hesabın yerləşdiyi sahəni boşaltmağa başlayacaq", - deyən Mask, silinəcək bu adların illərdir baxılmayan və "tweet" paylaşılmayan hesablar olduğunu qeyd edib.

Mask həmçinin "Twitter"in istifadəçilərin real hesab vəziyyətini göstərəcək bir proqram yeniləməsi üzərində çalışdıqları barədə məlumat paylaşıb: “Bu yolla siz şəxsi hesab məhdudiyyəti altında olub-olmadığınızı, niyə və necə şikayət edəcəyinizi aydın biləcəksiniz”, - deyə o, yaradılacaq proqramım barədə məlumatda qeyd edib.

Digər tərəfdən, Mask, "Twitter Faylları, İkinci Hissə!" başlığı ilə yeni bir açıqlama edib. Bioqrafiyası "Azad Mətbuat"ın qurucu redaktoru olduğu bildirilən Bari Veiss adlı hesabdan edilən "twit" seriyasında keçmiş administrasiyaya bağlı "Twitter" işçilərindən ibarət qrupların qara siyahılar yaratdığı bildirilib.

Qeyd olunub ki, həmin qruplar tərəfindən bəyənilməyən tvitlərin trend olmasının qarşısı alınır, siyahıya daxil olan bütün hesabların və hətta trend mövzularının görünməsi aktiv şəkildə məhdudlaşdırılır. Paylaşılan 30 twit serialında iddialara dair nümunələr verilərkən, keçmiş rəhbərliyin bütün proses boyunca tanınmış adlar da daxil olmaqla istifadəçilərə heç bir xəbərdarlıq etmədiyi və bütün bunları gizli şəkildə etdikləri iddia edilib.

Dekabrın 3-də “Twitter Files” başlıqlı ilk yazısında Mask şirkətin keçmiş rəhbərliyinin 2020-ci il prezident seçkilərindən əvvəl ABŞ prezidenti Co Baydenin komandasının tələbi ilə Baydenin oğlu Hunter Baydenlə bağlı xəbərlərə senzura tətbiq etdiyinə dair sənədləri açıqlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »