Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İsveç və Finlandiya Türkiyəyə bir sıra vədlər verib" - Şentop
"İsveç və Finlandiya Türkiyəyə bir sıra vədlər verib" - Şentop

"Finlandiya və İsveç parlamentlərinin sədrləri NATO-ya üzvlüklə bağlı məsələləri müzakirə etmək üçün yanvarda Türkiyəyə səfər edəcəklər".

Bizimyol.info xəbər verir ki, bu barədə şənbə günü Türkiyə parlamentinin sədri Mustafa Şentop CNN Türk telekanalının efirində bildirib.

“İsveç və Finlandiya Türkiyəyə bir sıra vədlər verdilər. Biz onların icrası prosesini izləyirik. İki ölkə parlamentinin rəhbərləri yanvarda Türkiyəyə səfər edəcəklər. Onların pozitiv və qətiyyətli olduqlarını görürəm. İsveç və Finlandiya milli təhlükəsizliklərini gücləndirmək üçün NATO-ya üzv olmaq istəyirlər. Biz buna inanmalıyıq, bunun üçün konkret addımlar atmalıdırlar. Bunun fonunda Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi ilə bağlı qərar verəcək”, - deyə Şentop bildirib.

Mustafa Şentop Mustafa Şentop

Qeyd edək ki, İsveç və Finlandiya may ayında Şimali Atlantika Alyansına üzvlük üçün müraciət etmişdi, lakin Türkiyə onlardan kürd təşkilatlarını terrorçu elan etmələrini, terrorizmdə və ya 2016-cı ildə dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan şəxslərin ekstradisiyasını tələb edərək NATO-ya üzvlük prosesinə veto qoymaq hüququndan istifadə edib.

İyunun 28-də Madriddə NATO sammiti başlamazdan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistö, o vaxt İsveçin baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberq arasında danışıqlar aparılıb. Stokholm və Helsinkinin NATO-ya üzv olmasına icazə verən memorandum imzalanıb.

Ankara daha əvvəl bəyan etmişdi ki, Finlandiya və İsveçlə imzalanmış memorandum yekun deyil və bu iki ölkə terror təşkilatlarına qarşı mübarizədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməsə, Türkiyə parlamenti onu təsdiq etməyə bilər. Bunlara Türkiyədə terror törədən quruplar, xüsusilə PKK/YPQ və FETÖ təşkilatı daxildir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »