Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Türkiyə və Azərbaycana nəhəng qaçqın axını gözlənilir"
"Türkiyə və Azərbaycana nəhəng qaçqın axını gözlənilir"

Bu gün Arion Hoteldə "21 Azər hərəkatına günümüzdən baxış: milli muxtariyyət, yoxsa istiqlaliyyət?" mövzusunda dəyirmi masa keçirildi.

"...Türkiyəyə, Azərbaycana nəhəng qaçqın axını gözlənilir"

Dəyirmi masada çıxış edən Kafkas SAM-ın rəhbəri Hasan Oktay bildirdi ki, İranda rejimin dəyişməsi və orda sabitliyin pozulması halında "biz tərəf olarıqsa, bunun ağır nəticələri olacaq". O, deyib ki, İran Türklərin tarixi, milli ərazisidir. "Orda bir "gecəqondu" qurulmasına razı ola bilmərik" - deyən Hasan Oktay ABŞ-ın və Qərb güclərinin İraqda və Suriyada qurmağa çalışdığı modelin iflasa uğradığını dedi. Hasan Oktay İranın parçalanması və İran Türklərinin müstəqil dövlətinin yaranmasını real saymadığını söylədi: "İran Türkün coğrafiyasıdırsa, nədən biz öz torpaqlarımızın bir hissəsinə razı olaq?!"

Hasan Oktay, İranda sabitliyin pozulması və parçalanması nəyicəsində Türkiyənin və Azərbaycanın daha çox zərər görəcəyini dedi: "Bu risqlərdən biri qaçqın dalğasıdır. Elə bir kataklizm olarsa, İrandan Türkiyəyə 10 milyon, Azərbaycana 2 milyon nəfər qaçqının gələcəyi gözlənilir. Biz istərik ki, İran türkləri İranda demokratiyaya keçidə yönəlsin. İran parçalanmadan demokratiyaya keçə bilsə, bu, Türkiyə və Azərbaycan, eləcə də İran türkləri üçün daha uyğun olar".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »