Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanın keçmiş prezidenti tanınmaz hala düşüb - Görüntülər
Gürcüstanın keçmiş prezidenti  tanınmaz hala düşüb - Görüntülər

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin "Vivamed" klinikasında müayinə olunarkən çəkilmiş görüntüləri paylaşılıb.

Bizimyol.info xəbər verir ki, “Formula” televiziya kanalının paylaşdığı görüntülərdə sabiq prezident, hazırda həbsdə olan Saakaşvilinin tanınmaz dərəcədə zəifləriyi görüntülənib.

Məlumatda, ilkin olaraq bu görüntülərin 1 ay əvvəl çəkildiyi qeyd edilsə də, fotoşəkillərin 29 avqust 2022-ci ildə çəkildiyi dəqiqləşdirilib.

Vəkilləri bildiriblər ki, bu fotoların lentə alındığı müayinədən keçən müddət ərzində Mixail Saakaşvilinin səhhəti kəskin şəkildə pisləşib.

Mixail Saakaşvilinin vəkilləri və keçmiş prezidenti "Vivamed"də ziyarət edən ekspertlər bildirirlər ki, onun vəziyyəti son aylarda yaxşılaşmayıb və onun multidissiplinar klinikada müalicəyə ehtiyacı var. Vəkillər Saakaşvilinin müalicə üçün xaricə göndərilməsini tələb edirlər.

"Center Empathy"nin qənaətinə görə, Mixail Saakaşviliyə 10-a qədər həyati təhkükəsi olan diaqnoz qoyulub ki, bu da həbsi şəraiti ilə bir arada mülicəsi mümkün olmayan xəstəliklərdir. Nəticədə o da qeyd olunur ki, Mixail Saakaşvili həbsdən dərhal azad edilməli və təcili diaqnostika olunmalıdır.

Bundan başqa, professor Devid Smitin imzası ilə Amerikada aparılan toksikoloji ekspertizada Mixail Saakaşvilinin bədənində ağır metalların, həmçinin digər maddələrin, o cümlədən civə və arsenin olmasının aşkar edildiyi yazılır. Mütəxəssis bu maddələrin Saakaşvilinin bədənində olmasını onun patoloji əlamətləri ilə əlaqələndirir.

Xalq Müdafiəçisinin Konsiliumu Mixail Saakaşvilinin başqa ölkədəki klinikaya köçürülməli olduğunu bildirir. Tengiz Tsuladzenin sözlərinə görə, Saakaşvili dekabrın 4-də müayinə olunub və aprel ayı ilə müqayisədə onun vəziyyəti xeyli pisləşib. Onun sözlərinə görə, Saakaşvili köməksiz ayağa qalxa bilmir, təmasda olmaqda çətinlik çəkir.

Xatırladaq ki, Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvili 2021-ci il oktyabrın 1-də həbs olunub. O, səhhətində yaranmış problemlərlə əlaqədar uzun müddətdir Tbilisidəki klinikalardan birində müalicə alır. Sabiq Prezidentin ailə üzvləri və vəkilləri onun civə və arsen kimi maddələrlə zəhərlənməsinə dair iddialar səsləndiriblər.

Tərəfdarları onun müalicə üçün xaricə göndərilməsini tələb etsələr də, hakimiyyət nümayəndələri belə bir addımın Saakaşvilinin azadlığa buraxılması anlamına gələcəyini, bu səbəbədən belə bir güzəştə razı olmayacaqlarını bildirirlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »