Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya və Çin nüvə arsenallarını niyə genişləndirir?
Rusiya və Çin nüvə arsenallarını niyə genişləndirir?

"Müşahidə edirik ki, Rusiya və Çin nüvə arsenallarını sürətlə genişləndirir və modernləşdirir".

Bizimyol.info xəbər verir ki, bu sözləri cümə günü ABŞ-ın müdafiə naziri Lloyd Ostin Nebraskadakı Offat Hərbi Hava Qüvvələri bazasında Silahlı Qüvvələrin Strateji Komandanlığının yeni rəhbəri Entoni Kottonun andiçmə mərasimində deyib.

“Birləşmiş Ştatlar strateji rəqiblər kimi ilk dəfə iki böyük nüvə dövləti ilə qarşılaşacağımız yeni mərhələnin astanasındadır. Çin öz nüvə arsenalını genişləndirir, modernləşdirir və şaxələndirir. Eyni zamanda, Rusiya da öz nüvə arsenalını modernləşdirir və genişləndirir”, - deyə o qeyd edib.

Ostin adıçəkilən ölkələrin nüvə arsenallarının genişləndirilməsi və modernləşdirilməsi ilə bağlı heç bir təfərrüat verməyib. O, ABŞ-ın özünün nüvə triadasını təkmilləşdirdiyini qeyd edərək, ötən həftə nüvə silahı daşıya bilən yeni "B-21" strateji bombardmançı təyyarəsinin təqdim edildiyini xatırladıb: "Biz həmçinin nüvə triadasının digər komponentlərinin, o cümlədən yeni Kolumbiya sinifli sualtı qayıqlar və Sentinel qitələrarası strateji raketləri vasitəsilə modernləşdirilməsi üzərində işləyirik",- deyə Pentaqonun rəhbəri qeyd edib.

Lloyd Ostin Lloyd Ostin

“Nüvə gücləri təxribatçı hərəkətlərin qarşısını almaq, nüvə silahının yayılması riskini azaltmaq, gərginliyin və nüvə müharibəsinə meyillərin artmasının qarşısını almaq üçün əsas məsuliyyət daşıyır. Strateji Komandanlığın missiyası ABŞ-ın nüvə arsenalının məsul mühafizəçiləri olmaqdır”, - o əlavə edib.

Rusiya prezidenti Vladimir Putin çərşənbə günü Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının üzvləri ilə görüşdə nüvə müharibəsi təhlükəsinin artdığını qeyd edib: "Lakin Rusiya nüvə silahlarından ülgüc kimi istifadə etmək niyyətində deyil və onları çəkindirici vasitə kimi görür",- deyə Rusiya dövlət rəhbəri bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »