Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin Ukrayna ilə danışıqlara israr etməkdə gizli məqsədi nədir?
Putinin Ukrayna ilə danışıqlara israr etməkdə gizli məqsədi nədir?

"Rusiya dövlət başçısı Vladimir Putin Kiyevlə Qərb arasında münasibətləri pisləşdirmək, eləcə də qoşunlarının bərpasına imkan yaratmaq üçün Ukraynanı danışıqlara cəlb etməyə çalışır".

Bizimyol.info xəbər verir ki, Amerikanın Müharibənin Tədqiqi İnstitutunun (MTİ) məlumatına görə, Putin Ukrayna ilə danışıqlara hazır olduğunu bildirərkən hiyləgərlik edir. Faktiki olaraq o, danışıqlardan Ukraynanı Qərb tərəfdaşlarından ayırmaq üçün istifadə etmək istəyir. O göstərmək istəyir ki, guya Kiyev güzəştə getmək, hətta danışıqlarda iştirak etmək istəmir.

Analitiklər deyirlər ki, Putin öz qoşunlarını bərpa etmək, həmçinin əməliyyatları davam etdirmək üçün potensial danışıqlardan və atəşkəsdən istifadə edərək Ukraynanı təşəbbüsdən məhrum etmək istəyir. Lakin ekspertlər belə bir ssenarinin mümkün olmadığını hesab edirlər.

Xüsusilə, analitiklər qeyd edirlər ki, əməliyyatlar meydanında uzunmüddətli atəşkəs üçün danışıqlar vaxt aparır. Hazırda Rusiya və Ukrayna hər hansı belə razılaşmanın şərtləri baxımından bir-birindən olduqca uzaqdır.

Rusiya gözlənilmədən bir neçə dəfə Ukrayna ilə sülh danışıqlarına hazır olduğunu açıq elan edib. Bununla belə, Ukrayna öz ərazilərinin işğaldan azad edilməsində və qoşunların çıxarılmasında israrlıdır. Xüsusilə Prezident Aparatı sədrinin müşaviri Mixail Podolyak bir müddət əvvəl bildirmişdi ki, Kreml tək bir dinc danışıqlar prosesi təklif etmir, sadəcə olaraq, tammiqyaslı danışıqlara başlayandan sonra Ukraynanın işğal olunmuş ərazilərində möhkəmlənmək istəyir.

"NBC News" mənbələrinin bildirdiyinə görə, bəzi Qərb rəsmiləri qışın Ukrayna və Rusiya arasında danışıqlara başlamaq üçün əlverişli vaxt olduğuna inanırlar, çünki onlar hər iki ölkənin müharibədə öz məqsədlərinə nail ola biləcəyinə inanmırlar.

Ötən gün ABŞ prezidenti Co Bayden müharibənin dayandırılmasında maraqlı olduğunu nümayiş etdirərsə, Fransa və NATO ilə məsləhətləşərək Putinlə danışmağa hazır olduğunu açıqlayıb. Kreml isə cavab verib ki, ABŞ-ın ilhaq edilmiş əraziləri tanımaqdan imtina etməsi qarşılıqlı müzakirələr üçün əsas tapmağı çətinləşdirir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »