Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün dünya çempionatının 1/4 final mərhələsində son oyunlar olacaq
Bu gün dünya çempionatının 1/4 final mərhələsində son oyunlar olacaq

Qətərdə keçirilən dünya çempionatında bu gün 1/4 final mərhələsinə yekun vurulacaq.

Bizimyol.info xəbər verir ki, günün ilk matçında Portuqaliya millisi Mərakeşi sınağa çəkəcək. “Əl Tumama” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Matçı argentinalı FIFA referisi Fakundo Telyo idarə edəcək.

Digər oyunda İngiltərə və Fransa yığmaları üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. “Əl Bayt” stadionunda reallaşacaq görüşün baş hakimi braziliyalı Uilton Sampayo olacaq.

Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu dekabrın 9-da baş tutub. Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək yarımfinala yüksəlib.

Son xəbərlər
Bütün xəbərlər »