Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Biz Kiyevə demirik ki, Rusiya ərazisinə daxil olmayın" - ABŞ
"Biz Kiyevə demirik ki, Rusiya ərazisinə daxil olmayın" - ABŞ

"Birləşmiş Ştatlar artıq Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə zərbə endirməməsində israr etmir, çünki onlar Moskvadan eskalasiyadan daha az qorxurlar".

Bizimyol.info xəbər verir ki, "The Times" qəzetinin yazdığına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

“Biz Kiyevə demirik ki, Rusiya ərazisinə daxil olmayın. Biz bütün zaman onlara nə edəcəyini deyə bilmərik. Onların silahlarından necə istifadə edəcəkləri öz ixtiyarındadır, lakin onlar bizim təqdim etdiyimiz silahlardan istifadə etdikdə biz yalnız Ukrayna hərbçilərinin beynəlxalq müharibə qanunlarına riayət etmələrini və Cenevrə Konvensiyalarına əməl etmələrini israr edirik”,- deyə "The Times"ə Müdafiə Nazirliyinin nümayəndəsi deyib.

O, bunun hərbi əməliyyatlar zamanı Ukraynaya qoyulan yeganə məhdudiyyət olduğunu bildirib: “Bu o deməkdir ki, Rusiyanın dinc ailələri hədəfə çevrilməməli və konkret şəxsləri məhv etmək cəhdləri olmamalıdır.

Bildiyimizə görə, Ukrayna bu şərtlərə əməl edir. Onların indiyə qədər yaşayış obyektlərinə, mülki şəxslərə, eləcə də iş yerlərinə hər hansı hücumu qeydə alınmayıb”,- deyə rəsmi şəxs qeyd edib.

Dekabrın 5-də “The Wall Street Journal” qəzetində ABŞ-ın Ukraynaya ötürülən "HIMARS" reaktiv yaylım atəş sistemlərini gizli şəkildə modifikasiya etdiyi və Rusiyaya, o cümlədən ATACMS-ə (Ordu Taktiki Raket Sistemi) uzaq mənzilli raketlərin buraxılması üçün istifadə olunması barədə məqalə dərc edilib.

Prezident Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib ki, Ukrayna Silahlı Qüvvələri cəbhədə "HIMARS" reaktiv yaylım atəşi sistemləri daxil olmaqla, silahların heç bir gizli modifikasiyasından istifadə etmir.

Bununla belə, bir neçə gün əvvəl rəsmi Moskva Ukraynanın Rusiya ərazilərini atəşə tutduğunu açıqlamışdı.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »