Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Makron istefa verəcək, Avropa İttifaqı ordu quracaq"
"Makron istefa verəcək, Avropa İttifaqı ordu quracaq"

Proqnozları ilə dünyaya səs salan Danimarkanın "SAXO" bankı 2023-cü il üçün bu dəfə təkcə iqtisadi deyil, eyni zamanda maraqlı siyasi proqnozlar da verib. Bankın proqnozlarına görə, dünya Müharibə İqtisadiyyatı rejiminə keçdiyi üçün mühim dəyişiklər müşahidə ediləcək.

Proqnozlar arasında Fransa Prezidenti Makronun istefa verməsi, Avropa İttifaqının öz silahlı qüvvələrini yaratması, Böyük Britaniyanın Avropa İttifaqından imtina etməsi ilə bağlı referendum keçriməsi və digər məqamlar yer alıb.

Bankın proqnozlarına görə, Fransadakı siyasi durğunluq və 2022-ci il seçkilərindən sonra Marin Le Penin yüksəlişi Prezident Makronu küncə sıxışdıraraq, onu siyasətdən getməyə və vəzifəsindən istefa verməyə məcbur edəcək.

Avropa İttifaqının öz silahlı qüvvələrinin yaratması məsələsinə isə Bankın şərhi belə olub: “Regionda davam edən çətinliklər və ənənəvi qlobal qoruyucu rolunu yerinə yetirməyən ABŞ ordusu qarşısında Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsi kimi müxtəlif geosiyasi risklərdən müdafiə olunmaq üçün öz silahlı qüvvələrini yaradacaq".

Bizimyol.info Saxo Bankın proqnozları ilə bağlı politoloq Ramiz Alıyevlə müsahibə hazırlayıb.Müsahibəni təqdim edirik:

Ramiz Alıyev Ramiz Alıyev

- Ramiz müəllim, Saxo bankın müxtəlif proqnozları var. Bu proqnozlardan biri də, Avropa İttifaqının öz silahlı qüvvələrini yaratması ilə bağlıdır. Siz bu məsələni necə izah edərdiniz?

- Avropa dövlətləri hər zaman Amerikanın və digər kənar hegemon dövlətlərin nəzarətindən çıxmağa çalışıb. Amma təəssüf olsun ki, bu hələ də baş tutmayıb. Gəlin bir nüansa diqqət edək, Avropa öz valyutasını AVRO-nu istifadəyə verdi. Amma görürsünüz ki, bütün Avropada və dünyada hələ də əsas valyuta vasitəsi ABŞ dollarıdır.

Avropa hər zaman çalışıb ki, digər ölkələrdən və hökümət güclərindən kənarda qalsın. Öz ordusunu, öz valyutasını, öz bankını yaratsın. Bu istiqamətdə hər zaman addımlar atılıb. Avropanın öz ordusunu yaratmasına cəhd olacaq. Yarada biləcəkmi, buna imkan veriləcəkmi? Bu müəmmalı məsələdir.

Çünki, Avropada bir çox ölkələr var ki, onlar ABŞ ilə müttəfiqdir, ABŞ -la çox yaxşı münasibətləri var. Demək olar ki, bəzi ölkələr ABŞ -dan rəsmi asılı olmasa da, asılı durumdadır.

Ancaq bütün dövrlərdə ABŞ- ın Avropaya təsirini azaltmaq üçün Fransa var gücü ilə çalışıb. Bu gün də bu davam edir. Bu mübarizə açıq olmasa da, hər halda davam edir və proseslər gedir. Gələcəkdə AVRO istifadəyə verildiyi kimi, Avropa dövlətlərinin öz ordusunun yaratması ilə bağlı təşəbbüslər olacaq.

- Bankın digər proqnozu Fransa prezidenti Emanuel Makronun istefası ilə bağlıdır.

- Fransanın Prezidenti Makron özünü doğrultmadı. Fransanın dövlət olaraq, ölkə olaraq mənafeyindən irəli gələn addımlar ata bilmədi. Bir çox ölkələrə qarşı qərəzli mövqe və şəxsi münasibətlər zəminində əlaqələr qurmağa çalışdı. Fransada hazırda müəyyən proseslər gedir. Makronu xalq, yəni Fransa xalqı cəzalandıracaq. Onun vaxtından əvvəl istefa verəcəyi inandırıcı olmasa da, hesab edirəm ki, növbəti seçkilərdə Makronun mövqeyi xeyli zəyifləyəcək. O, Fransa lideri ola bilməyəcək!

- Böyük Britaniyanın Brexit-ə qarşı referendum keçirməsi məsələsi də proqnozlar arasındadır.

- Əslində Britaniya dövlətinin Avropadan ayrılmağının səbəbi müəammalıdır. Çünki, Böyük Britaniya Avropanın böyük hissəsi idi. Əsas söz sahibi olan dövlətlərindən biri idi. Mən hesab edirəm ki, Böyük Britaniya yenidən Avropa birliyinə qayıdacaq. Çünki, ABŞ- ın ən yaxın müttəfiqi Böyük Britaniyadır. ABŞ -la Böyük Britaniya demək olar ki, eyni siyasəti bölüşürlər və eyni hədəfə vururlar. Fikrimcə, Avropa ordusunun yaranması ideyası ortaya çıxacağı təqdirdə, mütləq şəkildə Böyük Britaniya yenidən Brexitin ləğv olunması üçün referendum keçirib, yenidən Avropa birliyinə qoşulacaq. Avropa ordusunun yaranması məsələsində ABŞ- ın mövqeyi nə olacaqsa, onu dəstəkləyəcək. Bu mövqeyin qəbul olunmasına çalışacaq. Hesab edirəm ki, ona nail olacaq.

P.S. "SAXO" Bankın 2023-cü il üçün bir-birindən fərqli, təzadlı, hətta demək olar ki, bir qədər də üzücü proqnozları var. Bura ciddi iqtisadi proqnozlar da daxildir ki, onlar həyata keçəcəyi təqdirdə, yeni dünya düzəninin formalaşmasından danışa biləcəyik.

İradə Cəlil. Bizimyol.info

Paylaş »
Son xəbərlər