Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna XİN: “19 ölkə Qolodomoru ukraynalıların soyqırımı kimi tanıyıb”
Ukrayna XİN: “19 ölkə Qolodomoru ukraynalıların soyqırımı kimi tanıyıb”

Bu gün dünyanın müxtəlif yerlərində artıq 19 dövlət 1932-1933-cü illərin Qolodomorunu rəsmi olaraq Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Biz onlara belə dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk və hələ də bunu etməyən ölkələri qanunvericilik səviyyəsində müvafiq sənədləri qəbul etməyə çağırırıq”, - XİN-in açıqlamasında deyilir.

Diplomatlar 1932-1933-cü illərin Qolodomorunun Ukrayna xalqına qarşı soyqırımı aktı kimi rəsmən tanınmasına yönəlmiş işləri davam etdirəcəklərini bildiriblər və qeyd ediblər ki, bütöv bir milli, etnik, irqi və ya dini qrupun məqsədyönlü şəkildə məhv edilməsi insanlığa qarşı mümkün cinayətlərdən ən ağırıdır.

“Cəzasız şər təhlükəlidir. Məhz buna görə də keçmişdə törədilən cinayətlərə görə məsuliyyətin müəyyən edilməsi vacibdir ki, gələcəkdə bu, bir daha təkrarlanmasın”, - Ukrayna XİN-dən vurğulayıblar.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »