Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko: Qərb müharibəyə Belarusdan başlamaq istəyirdi
Lukaşenko: Qərb müharibəyə Belarusdan başlamaq istəyirdi

Minskdə hələ 2020-ci ildə Belarusda uğurlu çevriliş olacağı təqdirdə Qərbin Rusiyaya qarşı hərbi əməliyyatlara başlamağı planlaşdırdığı barədə məlumatlar var.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

"Siz, Qərb ideoloqları, buna hazırlaşırdınız. Biz bunu dəqiq bilirik. Mən Rusiya prezidenti Vladimir Putinə dedim ki, yaxın gələcəkdə biz bu faktları dərc edəcəyik: 2020-ci ildə Belarusdakı üsyandan sonra necə olmalı idi, əgər vəziyyət onların istədiyi istiqamətdə getsəydi, eyni zamanda, NATO qoşunları Smolensk vilayətinin sərhədinə gətiriləcək, Belarusda hakimiyyəti bizdən alaraq ələ keçirə bilsəydilər, Donbassdan Rusiyaya qarşı müharibəyə başlayacaqdılar. Onların planlarına görə, büharibə 2021-2022-ci illərdə Belarus ərazisindən başlamalı idi”,- dövlət rəhbəri bunu "Rossiya-24" telekanalının efirində "Moskva. Kreml. Putin" proqramı üçün jurnalist Pavel Zarubinin suallarını cavablandırarkən deyib.

Qeyd edək ki, 9 avqust 2020-ci ildə Belarusda prezident seçkiləri keçirilib və Lukaşenko qalib elan edilib. Seçkilərdə ikinci yeri tutduğu bildirilən müxalifət təmsilçisi Svetlana Tixanovskaya elan edilən nəticələri tanımayıb və seçkilərdə saxtakarlığa yol verildiyini bildirib. Səsvermənin nəticələrinə yekun vurulduqdan sonra respublikada ilk günlərdə hüquq-mühafizə orqanları əməkdaşları ilə toqquşmalarla müşayiət olunan kütləvi etiraz aksiyaları keçirilib. Vəziyyətin nəzarətdən çıxdığını görən Lukaşenko ölkədəki etirazların dayandırılması üçün Rusiya prezidenti Vladimir Putindən kömək istəyib. Ölkədə qalcağı təqdirdə, ən yaxşı halda həbs olunmaq təhlükəsi ilə üzləşən Tixanovskaya ölkəni tərk edərək Litvaya getməyə məcbur olub.

Belarus hakimiyyəti isə dəfələrlə etirazların xaricdən razılaşdırıldığını bəyan edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »