Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya İrandan yeni silah partiyası alıb - Kəşfiyyat
Rusiya İrandan yeni silah partiyası alıb - Kəşfiyyat

İddialara görə, Rusiya İran istehsalı olan pilotsuz uçuş aparatlarının yeni partiyasını alıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi "Twitter"-də kəşfiyyat məlumatlarına istinadən bildirib.

Xüsusilə, üç həftə ərzində ilk dəfə olaraq İran istehsalı olan pilotsuz uçuş aparatlarının hücumları ilə bağlı xəbərlər yayılıb: "Bu məlumatlar hələ təsdiqlənməyib, lakin çox güman ki, Rusiya bir neçə yüz "Şahed-131" və "Shahed-136" pilotsuz uçan aparatlarından ibarət əvvəlki ehtiyat tükəndikdən sonra, indi əlavə PUA-lar alıb", - mesajda deyilir.

Kəşfiyyat qeyd edir ki, 2022-ci il dekabrın 6-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 17 pilotsuz uçan aparatın, o cümlədən 14 "Şahed-136" pilotsuz təyyarəsinin vurulması barədə məlumat verib. Dekabrın 7-də isə Ukrayna rəsmiləri Rusiyanın Zaporojye və Dnepropetrovsk vilayətlərini vurmaq üçün İranın pilotsuz təyyarələrindən istifadə etdiyini bildiriblər.

"İran "Şahed-136"nın Ukraynada vurulması ilə bağlı əvvəlki hesabat 2022-ci il noyabrın 17-də verilmişdi. Məlumat təsdiqlənərsə, Rusiyanın yeni yerləşdirilmiş pilotsuz sistemlərlə hücumları bərpa etməsi ehtimalı yüksəkdir", - deyə Britaniya kəşfiyyatı məlumat yayıb.

Sentyabr ayından ruslar Ukrayna şəhərlərinə və kritik infrastruktura zərbələr endirmək üçün "Şahed-136"dan fəal şəkildə istifadə edirlər. KİV-in məlumatına görə, Moskva və Tehran Rusiyada pilotsuz təyyarələrin istehsalı ilə bağlı razılığa gəliblər.

Noyabrın 9-da Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat bildirib ki, sentyabr ayından bəri Rusiya hərbçiləri İranın 400-dən çox kamikadze pilotsuz təyyarəsi ilə Ukrayna ərazisinə hücum edib. Dronların əksəriyyəti məhv edilib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »