Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: Qərb Ukraynanı müstəmləkəyə çevirib 
Putin: Qərb Ukraynanı müstəmləkəyə çevirib 

Qərb dövlətləri Ukraynanı müstəmləkəyə çevirib, Ukrayna xalqından Rusiyaya qarşı yemi kimi, Qərb dövlətləri Ukraynanı müstəmləkəyə çevirib, Ukrayna xalqından tələyə qoyulmuş yemi kimi, döyüş silahı kimi istifadə edirlər.

Bizimyol.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin cümə günü Şanxay Əməkdaşlıq Təşkilatı və Müstəqil Döblətlər Birliyinə üzv dövlətlərin müdafiə idarələri rəhbərlərinin iclasının iştirakçılarına videomüraciətində deyib.

“Bir neçə ildir ki, Qərb həyasızcasına öz Ukraynanın resurslarını mənimsədi və istismar etdi. Donbassda soyqırımı və terrora təşviq etdi. Bu ölkə faktiki olaraq Qərbin müstəmləkəsinə çevirilib və indi Ukrayna xalqından kinayə ilə tələyə qoyulmuş yem, döyş vasitəsi kimi istifadə edir. Rusiyaya qarşı onlarrı döyüşkən qoç kimi qabağa veriblər. Ukraynanı silah və sursatla təmin etməyə davam edərək, muzdluları istiqamətləndirərək Ukraynanı intihara sövq edirlər", - deyə Rusiya lideri bildirib.

Putin qeyd edib ki, müasir Ukraynada baş verən hadisələr ABŞ-ın nəyin bahasına olursa-olsun dünyada öz hökmranlığını saxlamaq istəyinin dəhşətli nəticələrini əks etdirir.

Prezident müşavirə iştirakçıları qarşısında çıxış edərək: “Müasir təhdidlərin xarakteri və miqyası bizim müdafiə idarələri arasında qarşılıqlı fəaliyyətimizə yüksək tələblər qoyur”, - deyib.

Onun fikrincə, mövcud çağırışlara adekvat olan daha çevik və dayanıqlı təhlükəsizlik, əməkdaşlıq sisteminin formalaşdırılması üzərində birgə işləmək lazımdır. Putin xüsusi olaraq vurğulayıb ki, belə bir sistem heç kimin görmədiyi bəzi mifik yazılmamış qaydalara, kiminsə dominantlığına, həmçinin monopoliyasına deyil, yalnız beynəlxalq hüquqa, eləcə də bir-birinin maraqlarına hörmətə əsaslana bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »