Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya İran dronlarının yeni partiyasını alıb
Rusiya İran dronlarının yeni partiyasını alıb

Rusiyanın İran istehsalı olan pilotsuz uçuş aparatlarının yeni partiyasını aldığı iddia edilir.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən Tvitter-də məlumat yayıb.

Kəşfiyyat qeyd edir ki, 2022-ci il dekabrın 6-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 17 pilotsuz uçan aparatın, o cümlədən 14 Şahed-136 pilotsuz uçan aparatın vurulması barədə məlumat verib, dekabrın 7-də isə Ukrayna rəsmiləri Zaporojye və Dnepropetrovsk bölgələrində İrana məxsus pilotsuz təyyarələrin vurulması barədə məlumat verib.

"İran Şahed-136-nın Ukraynada vurulması ilə bağlı əvvəlki hesabat 2022-ci il noyabrın 17-də idi. Təsdiq olunarsa, Rusiyanın yeni gətirilən pilotsuz sistemlərlə hücumları bərpa etməsi ehtimalı yüksəkdir",- deyə Britaniya kəşfiyyatı bildirib.

Xatırladaq ki, sentyabr ayından ruslar Ukrayna şəhərlərinə və kritik infrastruktura zərbələr endirmək üçün Şahed-136-dan fəal şəkildə istifadə edirlər .

KİV-in məlumatına görə, Rusiya və İran Rusiyada dron istehsalı ilə bağlı razılığa gəliblər.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının məlumatına görə, dekabrın 7-nə keçən gecə üç həftəlik fasilədən sonra ruslar kamikadze dronlarla yenidən Ukraynaya hücum ediblər. Ümumilikdə təxminən cənub-şərq istiqamətindən yönəldilmiş 14 sursat tapılıb. 14 mülki şəxs həyatını itirib.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »