Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı oliqarxın həbs edilmiş yaxtası müəmmalı şəkildə yoxa çıxıb
Rusiyalı oliqarxın həbs edilmiş yaxtası müəmmalı şəkildə yoxa çıxıb

Rusiyalı oliqarxın Avropa İttifaqının (Aİ) sanksiyaları səbəbindən müsadirə edilərək İtaliyanın Sardiniya adasındakı limanında saxlanılan dəbdəbəli yaxtası yoxa çıxıb. İtaliyada ilk dəfədir ki, ölkədəki aktivləri dondurulmuş bir rus Aİ sanksiyalarından yayına bilib.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

22 metrlik “Aldabra” mineral gübrə şirkətinin sahibi milyarder Dmitri Mazepinə məxsus olduğu bildirilir.

"Qiyməti 700 milyon avro ilə 1 milyard avro arasında olan gəmi Olbia limanında saxlanılmış və Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən qısa müddət sonra Mazepin sanksiyalar siyahısına salındıqda, mart ayında müsadirə edilmişdi. Yaxta iyun ayına qədər orada olub və onun Mazepinə məxsus olduğu rəsmən təsdiqlənmədən bir neçə saat əvvəl yoxa çıxıb",- deyə nəşr yazır.

"Mazepin sanksiya siyahısında olduğunu bilirdi, lakin mülkiyyət zəncirini araşdırmaq və yaxtanın ona məxsus olub-olmadığını müəyyən etmək üçün işlədiyimiz müddətdən maksimum istifadə etməyi bacardı", - Sardiniyanın maliyyə polisi departamentindəki mənbə bildirib.

Həmsöhbət əlavə edib ki, gəmi məhz Rusiya iş adamına məxsusluğu təsdiqlənən zaman yoxa çıxıb. Polis müəyyən edib ki, Mazepin yaxtanı İtaliyadan köçürmək üçün yerli kapitana yaxınlaşan xarici şirkətə müraciət edib.

Olbia Maliyyə Polisi Qrupunun komandiri Karlo Lazzarinin rəhbərlik etdiyi araşdırma nəticəsində məlum olub ki, yaxta Tunisin kiçik Bisert limanında dayanıb, lakin hazırda harada olduğu bilinmir.

Bu barədə polis məlumat yayıb ki, hərəkətin təşkilində iştirak edən şirkət və gəminin oliqarxa aid olduğunu bilmədiyini iddia edən kapitan gəmini qanunsuz olaraq İtaliyadan çıxardığına görə 500 min avroya qədər cərimələnəcək.

Xatırladaq ki, son vaxtlar Kreml oliqarxlarına məxsus ən azı altı superyaxta “görünməz” olub.

Fransanın cənubundan Ficiyə qədər bütün dünyada Putinə yaxın oliqarxların kolleksiyalarından olan təxminən 13 nəhəng lüks yaxta ələ keçirilib. Təbii ki, Kreml oliqarxları təşviş içindədirlər və hələ ələ keçməmiş sərvətlərini gizlətməyə çalışırlar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »