ABŞ hökuməti Rusiyada casusluqda təqsirli bilinən Pol Uilanı unutmayıb və onun azadlığa buraxılması üçün işlərini davam etdirir.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.
“Biz Polun azad edilməsi üçün yaxşı niyyətlə danışıqlara davam edəcəyik”, - o deyib
Qeyd edək ki, bir müddət əvvəl CNN Rusiya həbsxanasında saxlanılan basketbolçu Britni Qraynerin ABŞ-da həbsdə olan rusiyalı biznesmen, məşhur silah baronu Viktor But ilə dəyişdirilməsi barədə məlumat yaymışdı.