Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qızıl bahalaşacaqmı?
Qızıl bahalaşacaqmı?

Danimarkanın nəhəng investisiya bankı olan Saxo Bank, 2023-cü il proqnozlarını açıqlayıb.  Proqnozlar arasında diqqəti çəkən məqamlardan biri də qızılın bahalaşması ilə bağlıdır. Bankın nəticələrinə görə, 2023-cü ildə qızılın bir unsiyası 3 min ABŞ dollarına yüksələcək.

Bank, həmçinin ABŞ və Böyük Britaniya kimi ölkələrin hökumətlərinin hiperinflyasiyaya nəzarət edə bilməyəcəyinə də diqqət çəkib.

Məlumata görə, qızılın bir unsiyasının qiyməti 3 min dollara yüksələcəyi üçün qiymətlərə geniş nəzarət həyata keçriləcək.

Son bir həftə dünya bazarlarında qızılın dəyərləndirməsinə nəzər salanda qızılın 1 unsiyasının 1615 ABŞ dollarından 1766 ABŞ dollarına qədər bahalaşdığını görmək mümkündür. Mütəxəssislərin fikrincə, qızıl bahalaşmaqda davam edəcək.

İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son dövrlər qızılın bahalaşması ilə bağlı müxtəlif proqnozlar verilir. Fransanın məşhur banklarından olan “Societe Generale”, ABŞ-ın tanınmış bankalrı “Goldman Sachs”, o cümlədən “İNG” mütəxəssisləri müxtəlif təxminlər üzrə növbəti dövrlərdə qızılın qiymtəinin artacağı ilə bağlı öz proqnozlarını açıqlayırlar.

Pünhan Musayev Pünhan Musayev

“Qeyd edilən son proqnoz digərləri ilə müqayisədə daha yüksək rəqəmlərlə ifadə edildiyi üçün bazarlarda ajiotaja səbəb oldu. Ümümdünya Qızıl Şurasının hesabatına əsasən cari ilin geridə qalan dövrü ərzində dünya Mərkəzi Bankları 673 ton qızıl almaqla 55 ilin rekordunu yeniləyiblər.

O cümlədən xalis qızıl alışları əvvəlki ilin eyni rübünə nisbətən 341 faiz artıb”,- deyən iqtisadçı bildirir ki, mərkəzi bankların qızıl alışının əhəmiyyətli səviyyədə artırmasının əsas səbəbi isə artan inflyasiya və tətbiq olunan sərt pul siyasəti olub.

İqtisadçı qeyd edir ki, Rusiya-Ukrayna müharibəsi fonunda tədarük zəncirlərinə dair geosiyasi qeyri-müəyyənliklərin qalması isə məhz investorların gələcək dövrdə qızıla daha çox üstnülük verəcəyinə əsas yaradır.

İqtisadçı əlavə edib ki, bu nəticədə qızıla dair proqnozların yüksəlməsinə gətirib çıxarır. Yəni belə davam edərsə, Danimarkanın "Saxo" bankının proqnozları özünü doğruldacaq.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »