Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov Putinin "yeni ərazilərin alınması" ifadəsini izah edib
Peskov Putinin "yeni ərazilərin alınması" ifadəsini izah edib

Rusiya Federasiyasının prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, sakinlər arasında keçirilən referendumlar nəticəsində, eləcə də Moskvanın bu insanları qorumaq işinin nəticəsi olaraq Rusiyanın tərkibində yeni ərazilər yaranıb.

Bizimyol.info xəbər verir ki, o, cümə axşamı Rusiya prezidenti Vladimir Putinin "xüsusi hərbi əməliyyat"ın artıq əhəmiyyətli nəticələr verdiyi barədə sözlərini belə izah edib: məsələn, Rusiyanın tərkibində yeni ərazilər daxil oldu.

“Prezidentin fevralın 24-də elan etdiyi "xüsusi hərbi əməliyyat"ın əsas məqsədlərindən biri Ukraynanın cənub-şərqində, Donbassda yaşayan insanları qorumaq olub. Həmin insanların müdafiəsi çərçivəsində orada keçirilən referendumlar nəticəsində ilhaq edilmiş bu ərazilər formalaşdırılıb”,- deyə ərazilərin alınması aparılan müharibənin məqsədlərindən biri olub-olmadığı sualına cavab olaraq Kreml nümayəndəsi bildirib.

Bəzi digər regionların ölkəyə qəbul edilib-edilməməsi barədə danışan Peskov qeyd edib: “Bununla bağlı hələ ki, heç bir söz demək mümkün deyil. Ən azı, bununla bağlı heç bir bəyanat olmayıb. Amma hələ ki, ərazilərin azad edilməsi üçün hələ çox iş görülməlidir", - deyə o bildirib.

Mətbuat katibinin bildirib ki, Rusiya Federasiyasının yeni bölgələrində Ukrayna qoşunları tərəfindən işğal edilmiş və azad edilməli olan ərazilər var.

Eyni zamanda, Kreml sözçüsü vurğulayıb ki, Ukraynanın demilitarizasiyası və denazifikasiyası xüsusi hərbi əməliyyatın əsas məqsədlərindən biri olaraq qalır. "Şübhəsiz. Ölkə prezidenti ilk gündən bunun Ukrayna ərazilərinin işğalı ilə bağlı olmadığını bildirib", -deyə bununla bağlı sualı cavablandırıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər