Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Özləri də gizlətmir ki, məqsəd Ermənistanı qorxutmaq və İranı cilovlamaqdır" - Matevosyan
"Özləri də gizlətmir ki, məqsəd Ermənistanı qorxutmaq və İranı cilovlamaqdır" - Matevosyan

Azərbarcan və Türkiyənin hərbi təlimləri bir çox qonşu ölkələrdə narahatlıqlara səbəb olub.

Bizimyol.info xəbər verir ki, Ermənistan "Siyasi İqtisadiyyat" Tədqiqat İnstitutunun politoloqu Beniamin Matevosyan AMI Novosti-Armenia Telegram kanalı üçün bu hərbi təlimləri şərh edib.

Onun sözlərinə görə, hərbi təlimlər artıq çoxdan qoşunların sadəcə taktiki, operativ və strateji hazırlığı forması olmaqdan çıxıb, geosiyasi qarşıdurmanın elementinə çevrilib.

“Oxşar qiymətləndirmə Zaqafqaziyaya da aiddir və dekabrın 5-də başlayan Azərbaycan-Türkiyə hərbi təlimləri bu tezisi təsdiqləyir.

Azərbaycan və Türkiyə mətbuatı hətta gizlətmir ki, təlimlərin əsas vəzifələri təkcə qoşunların döyüş ahəngdarlığını artırmaq deyil, açıq şəkildə Ermənistanı qorxutmaq və İranı cilovlamaqdır.

“Sadələşdirilmiş” ifadələr olmadan danışsaq, o zaman Türkiyə-Azərbaycan hərbi təlimlərinin əsas hədəfi məhz İran elan edilib və təlimlərin seçilmə vaxtı da təsadüfi deyil - İran ölkə daxilində etirazların yaratdığı böhran yaşayır”.

Matevosyan bildirib ki, İran doğrudan da çətin vəziyyətdədir, o da aydındır ki, onun problemləri təkcə obyektiv deyil, həm də subyektivdir.

“Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, İran-Azərbaycan münasibətlərinin korlanmasının səbəbi təkcə İranın daxili problemləri və Azərbaycanın da bu problemlərə qarışması ilə bağlı deyil.

Xatırladaq ki, Azərbaycan və Türkiyə Ermənistan ərazisindən “Zəngəzur dəhlizi” adlanan yolu “açacaqlarını” açıq elan edəndə Tehran onların niyyətlərinə ən sərt şəkildə qarşı çıxmışdı. Üstəlik, İran dəfələrlə bəyan edib ki, Azərbaycan qoşunlarının Ermənistanın Süniki işğal etməsinə və “Zəngəzur dəhlizi” adlanan yerin güc yolu ilə açılmasına imkan verməyəcəklər.

İranın “sərhədlərin dəyişdirilməsi”nə yanaşması gözlənilən olsa da, belə sərt mövqenin (İİKK-nın Azərbaycanla sərhəddə bir sıra hərbi təlimləri ilə təsdiqlənmiş) Bakı və Ankara üçün gözlənilməz olduğu açıq-aydın görünür. Azərbaycan-Türkiyə tandeminin təkcə “Zəngəzur dəhlizi” ilə bağlı planlar qurması, hətta Qarabağın işğalına görə Ermənistandan təzminat alması fonunda da İranın mövqeyi xoşagəlməz sürpriz olub. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana son səfəri zamanı açıq şəkildə bildirib.

Bu, bir daha göstərdi ki, İrəvan nə qədər güzəştə getsə də, Türkiyə və Azərbaycan Ermənistanla səmimi sülh yaratmaq istəmir. Onlar üçün Ermənistan “geosiyasi anlaşılmazlıqdır” və ya zorla, ya da hiylə ilə aradan qaldırılmalıdır”.

Erməni politoloq onu da əlavə edib ki, bu gün Türkiyə-Azərbaycan hərbi təlimlərinin təbliğat maşınının əsas tezisi ondan ibarətdir ki, Türkiyə və Azərbaycanın ortaq hədəfinə çatmaq lazımdır ki, İran Zəngəzur dəhlizi deyilən dəhlizin açılmasının qarşısını ala bilməsin.

“Bakı və Ankaranın birgə hərbi təlimlərinə “İran amilini zərərsizləşdirmək”lə yanaşı, Türkiyənin Cənubi Qafqazda artan hərbi mövcudluğu kontekstində də baxmaq olar. Hələ 44 günlük müharibədən əvvəl Türkiyə hərbi akademiyaları minlərlə azərbaycanlı hərbçinin içindən keçməklə yanaşı, Azərbaycanın silahlı qüvvələrində doktrinal dəyişikliklərə gətirib çıxararaq “Türk hərbi qardaşlığı” fenomenini yaratmışlar və heç də təsadüfi deyil ki, son məşqlər "Qardaş yumruğu" adlanır. İndi Bakı ilə Ankaranın hərbi inteqrasiyası prosesi güclənib”,-deyə o, sonda bildirib.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »