Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranı "rəngli inqilab" təhdid edirmi?..
İranı "rəngli inqilab" təhdid edirmi?..

İranlı parlamentari ölkədəki daxili siyasi vəziyyəti şərh edib.

Bizimyol.info xəbər verir ki,  RİA Novosti yə açıqlamasında İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Vahid Cəlalzadə bildirib. Onun sözlərinə görə, İranda müxalifətin etirazlarının davam etməsi ölkədə “rəngli inqilab”a səbəb olmayacaq.

"İranda davam edən müxalifət nümayişləri rəngli inqilaba çevrilə bilməz. Müxalifətçilərin sayı cüzidir və orada birlik yoxdur. Etirazçılar və sadəcə iğtişaşçılar var",- deyə Cəlalizadə vurğulayıb.

Bundan əlavə, İran parlament komissiyasının rəhbəri deyib ki, “müəyyən dairələr” hökumət əleyhinə olan qüvvələrə kəsici-deşici silahlar verib.

"Uclu silahların tətbiqi nəticəsində ölkədə asayişin təmin edilməsinə cavabdeh olan İran hüquq-mühafizə orqanlarının nümayəndələri yaralanır və həlak olurlar", - deyə deputat qeyd edib.

Xatırladaq ki, sentyabrın ortalarından İranda 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı kütləvi iğtişaşlar və etiraz aksiyaları keçirilir.

İki ay yarımdır ki, davam edən iğtişaşların ən çox büsət aldığı ərazilər Gilan, Xuzistan, Sistan və Bəlucistan əyalətləri, Tehran və Kürdüstan olub.

Demək olar ki, hər gün iğtişaşçılar din xadimlərinə, İran məscidlərinin abbatlarına, hərbçilərə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum etməyə başlayıblar.

İran polisi isə kütləvi həbslər, edamlarla məşğuldur.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »