Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
 “Bu, 9 noyabr bəyanatının pozulması olardı”- Mirzoyan
 “Bu, 9 noyabr bəyanatının pozulması olardı”- Mirzoyan

“Azərbaycanın yeni tələbləri vəziyyəti daha da gərginləşdirə bilər”.

Bizimyol.info xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə hökumət saatı zamanı deyib. Onun sözlərinə görə, əgər Azərbaycan Laçın dəhlizini bağlasa, bu, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının kobud şəkildə pozulması olardı.

Bundan əlavə nazir ötən şənbə günü Laçın dəhlizində baş verən hadisəni belə şərh edib.

"Sülhməramlılarla aparılan danışıqlar nəticəsində məsələ həll olundu. Hesab edirəm ki, tərəflər yalnız sabit razılaşmalar çərçivəsində öz narazılıqlarını göstərə bilərlər. Kövrək vəziyyətdə yeni tələblər irəli sürmək yalnız eskalasiyaya gətirib çıxarır",- deyə Mirzoyan bildirib.

Xatırladaq ki, dekabrın 3-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşıblar.

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ekspertlərdən ibarət qrupun həmin ərazilərdə fəaliyyət göstərməsi sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirə olunub.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »