Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda 23 yaşlı etirazçı edam edilib
İranda 23 yaşlı etirazçı edam edilib

İran İslam Respublikası 25 Sentyabr Səttar Xan küçəsini bağlamaqda və təhlükəsizlik qüvvələrini yaralamaqda günahlandırılan 23 yaşlı Möhsün Şikari adlı etirazçılardan birini edam edib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Mizan” xəbər agentliyi məlumat verib.

Tehranda 25 Sentyabr 2022-də Səttar Xan küçəsini bağlayan və asayiş keşikçilərindən birini bıçaqla yaralamaqda ittiham edilərək həbs olunan Möhsün Şikarini dekabrın 8-də İslam Respublikası ədliyyə orqanı edam edib.

"Bu, son etirazların ilk edamıdır. İnsan haqları təşkilatlarının son həftələr İranda kütləvi ölüm hökmləri ilə bağlı narahatlıqlarını ifadə etməsinə və beynəlxalq təşkilatların etirazların zorakılıqla yatırılması ilə bağlı İrana təzyiq göstərməsinə baxmayaraq, bu edam hökmü icra olunub. Ən azı 10 digər etirazçılar üçün də məhkəmələr edam hökmü verib.

Möhsün Şikari 25 Sentyabrda həbs edilib və onun ilk məhkəmə iclası noyabrın 1-də keçirilib. Tehran İnqilab Məhkəməsi Möhsün Şikarini ixtişaşların səbəbkarı kimi tanıyıb, öldürmək və terror yaratmaq niyyəti ilə silah gəzdirmək, insanları azadlıqdan və təhlükəsizlikdən məhrum etmək, habelə xidməti vəzifəsini yerinə yetirərkən təhlükəsizlik zabitini soyuq silahla qəsdən yaralamaq, həmçinin Tehranda Səttar Xan küçəsini bağlayaraq cəmiyyətin nizamını və təhlükəsizliyini pozmaqda ittiham edilib", - deyə agetlik qeyd edir.

Cavabdehin apellyasiya şikayətindən sonra iş daha ətraflı araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Nəhayət, Ali Məhkəmənin araşdırmasından sonra çıxarılan hökm təsdiqlənib və bu gün səhər saatlarında hökmü icra edilib.

Agentlik Şikarinin vəkilinin apellyasiya şikayəti verdiyini iddia etdi, lakin Ali Məhkəmə bunu rədd edib. Çünki Şikariyə qarşı qaldırılan ittihamlar ixtişaş yaratmaq kimi dəyərləndirilib. Ali Məhkəmə qeyd edib ki, bu açıq-aşkar insanlara qarşı cinayətdir və bununla bağlı verilən qərar şəriət və hüquq normalarına uyğun olaraq verilib.

Sentyabrın 16-dan İran xalqının ümummi etirazları başlayandan indiyədək 18 mindən çox etirazçı vətəndaş həbs edilib və onların bir çoxu məhkəmə iclaslarını gözləyir. Onların hansı cəzalarla üzləşəcəyi məlum deyil.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »