Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranın məkrli Azərbaycan planı
İranın məkrli Azərbaycan planı

İran dünyanın əksər ölkələrinə həyata keçirdiyi siyasəti Azərbaycan üçün də planlayır.

Bir müddət əvvəl Qarabağda Azərbaycan ərazilərinə müvəqqəti nəzarət edən, əslində təhlükədən qoruyan qüvvə rolunu oyanamalı, icra etməli olan Rusiya sülhməramlıları əraziyə 14 nəfərlik İran diversiya qrupunun daxil olmasına şərait yaratmışdı. Bununla bağlı Azərbaycan tərəfi öz narahatlığını dilə gətirdi, amma görünən odur ki, sülhməramlıların Qarabağa “nəzarəti” elə bölgənin talanmasına, Ermənistanın yenidən güclənməsinə xidmət edir.

“İranın Qarabağa diversiya qrupu göndərməsi İranın Azərbaycana qarşı riyakarlığının və düşmənliyinin təzahürüdür”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Ceyhun Məmmədov danışıb.

Ceyhun Məmmədov Ceyhun Məmmədov

Belə ki, İran rəsmiləri bir tərəfdən Azərbaycanın İranın ürəyi olduğunu israrla bəyan etsə də, digər tərəfdən Ermənistana hər cür qardaşlıq edir, dəstək verirlər.

Deputat hesab edir ki, Azərbaycan hər zaman İranla münasibətləri qorumağa çalışsa da, İran Ermənistanın yanında olmağa üstünlük verib.

İranın Ermənistana diversiya qrupu göndərməyi isə, sübut edir ki, İran özünü müsəlman ölkəsi adlandırdığı halda, qeyri-müsəlman ölkəsi olan Ermənistanın azərbaycanlıları qətlə yetirə bilməsi üçün onu hər mənada dəstəkləyir.

Beləliklə, İran dünyanın əksər ölkələrinə qarşı həyata keçirdiyi siyasəti Azərbaycan üçün də planlayır, həyata keçirir.

C. Məmmədov qeyd edir ki, İranın diversiya qrupu göndərənə qədər atdığı addımlar, onların göndərilməsi İranın İslam adından danışmağa mənəvi haqqının olmadığının göstəricisidr.

“Baş verənlərdən Azərbaycanda olan İran təəssübkeşləri nəticə çıxarmalıdır. İranın Azərbaycana qarşı heç vaxt səmimi olmadığını son baş verən hadisələr bir daha sübut edir. Çünki İran dostluq siyasətində səmimi olmuş olsaydı, din qardaşı Azərbaycanın yanında olardı. İran rəsmiləri atdıqları bu çirkin addımlarla Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları dəyişəcəyini düşünür.

Amma səhv edirlər. Azərbaycanın mövqeyi dəyişilməzdir!"-deyən deputat vurğulayıb ki, Azərbaycan xalqı dinini sevir, başda prezident İlham Əliyev olmaqla xalq İslamın və müsəlmanların birliyinin gücləndirilməsi üçün addımlar atır.

P.S. Əslində son zamanlar baş verən hadisələr, İran və Rusiyanın birlikdə Azərbaycana qarşı fəaliyyəti bölgədə həyata keçirilən reallıqların bu dövlətlər tərəfindən həzm edilməməsinin göstəricisidir. Yəni istər İran, istərsə də, Rusiya yeni, güclü, qalib Azərbaycanı qəbul etmək istəmir. Bölgədə yeni münaqişə yaratmağa çalışır, gərginliyi artırırlar.

Sözün əsl mənasında Ermənistan bu iki ölkənin maraqlarının oyuncağına çevrilib. Görünən odur ki, rahat yaşamaq, sülh-əminamanlıq var ikən, üçüncü ölkələrin siyasətinin qurbanına çevrilməyi Ermənistan rəhbərliyi də arzulayır.

Ermənistan xalqı bu siyasətə qarşı çıxmalıdır. Çünki bundan sonra Azərbaycana qarşı Rusiya, İran və bsşqa ölkələr birləşsə də, Türkiyə-Azərbaycan Birliyinin qarşısında durmaq asan olmayacaq.

Yəni itirən tərəf indidən bəllidir!

İradə Cəlil, bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »