Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin və ətrafı qaçmaq üçün ölkə tapıblar
Putin və ətrafı qaçmaq üçün ölkə tapıblar

Rusiya Prezidenti Vladimir Putin üçün Ukrayna müharibəsində uduzmaq qəbulolunmazdır. Cəmiyyətin məğlubiyyət fikrini qəbul etməməsi üçün Kreml rəhbərliyi hər şeyə hazırdır. Əldə edilmiş torpaqların Rusiya ərazisi elan olunması da bu məqsədə qulluq edirdi. Kreml qələbə təəssüratı yaratmağa çalışır. Halbuki Rusiyanın məğlub olduğu göz qabağındadır.

Bizimyol.info xəbər verir ki, tanınmış rusiyalı politoloq Abbas Qallyamov maraqlı iddia səsləndirib. Onun dediyinə görə, Putin və ətrafı Venesuelada özləri üçün sığınacaq hazırlayır. Qallyamov öz mənbələrindən dəqiq məlumat aldığını bildirir. Politoloq əməliyyatın “Nuhun gəmisi” adlandırıldığını iddia edir. Siyasi şərhçi Kreml rəhbərliyinin əvvəlcə Çin variantı üzərində düşündüyünü vurğulayır.

“İndi Latın Amerikası - Argentina və Venesuela perspektivli platforma hesab olunur. Birincisi haqqında heç bir təfərrüat bilmirəm, amma ikinciyə keçid layihəsinə Seçin rəhbərlik edir. Onun Maduro ilə yaxşı şəxsi münasibəti var. Evakuasiya layihəsinin kuratorluğu indi ona verilib”.

Politoloqun sözlərinə görə, “Rosneft”in baş direktoru İqor Seçinin sağ əli sayılan Yuri Kurilin məsələ ilə yerindəcə məşğul olur. Kurilin yayda formal olaraq istefa verib. Qallyamov deyir ki, indi “Rosneft”in vitse-prezidenti özünü tamamilə “Nuhun gəmisi”nə həsr edib. Çünki Kurilinin ABŞ vətəndaşlığı və yaxşı əlaqələri var.

“Onlar “Hər şey plan üzrə gedir” deyəndə nəyi nəzərdə tutduqlarını dəqiqləşdirmək vacibdir. Belə görünür ki, onların çox planı var”.

İqor Seçin Vladimir Putinin uşaqlıq dostlarından sayılır. “Rosneft”in rəhbəri 1960-cı ildə Sankt-Peterburqda doğulub. O, müstəqillik dövründə siyasi karyerasına Putinin yanında başlayıb. Putin 1991-ci ildə şəhər meriyasında xarici əlaqələr komitəsinə rəhbərlik etməyə başlayanda Seçini də yanına gətirib. Mer Anatoli Sobçak 1996-cı ildə seçkilərdə məğlub olanda Putin istefa vermişdi. Onda Seçin də uşaqlıq dostunun arxasınca getmişdi. Putinin Venesuelaya köçmək məsələsini ona həvalə etməis təbiidir. Dövlət başçısı “Rosneft”in rəhbərinə çox güvənir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »