Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov: "Fransa parlamentinin qətnamələri münasibətlərimizə zərbə vurur"
Ceyhun Bayramov: "Fransa parlamentinin qətnamələri münasibətlərimizə zərbə vurur"

"Fransa parlamentində qəbul olunan qətnamələr iki ölkənin münasibətlərinə zərbə vurur".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın yeni səfiri Ann Buayon ilə görüşdə bildirib.

Görüş zamanı, Azərbaycan-Fransa münasibətlərinin hazırkı durumu, regional vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh gündəliyi və digər məsələlər müzakirə edilib.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesindən danışan nazir Ceyhun Bayramov, sülh gündəliyi, habelə sözügedən prosesin irəli aparılması üçün Azərbaycan tərəfindən atılan addımlar və təşəbbüslər barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistan tərəfindən törədilən təxribatları və təhdidləri diqqətə çatdırıb.

Nazir, Fransa tərəfindən səslənən qərəzli fikirlərin və Fransa parlamentində qəbul olunan qətnamələrin Azərbaycan-Fransa münasibətlərinə zərbə vurduğunu və sülh prosesinə töhfə vermədiyini vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »