Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əsirlikdən qayıdan qadının tükürpədici hekayəsi: “Aman Allah, bunu demək çətindir”
Əsirlikdən qayıdan qadının tükürpədici hekayəsi: “Aman Allah, bunu demək çətindir”

35 yaşlı İrina Stoqniy uşaqlıqdan hərbçi olmaq arzusunda olub. O, 2015-ci ildə əsgərliyə gedib. Daha sonra 56-cı briqada ilə müqavilə imzalayıb. O, NATO standartlarına uyğun təlim keçib və şirkətin döyüş həkimi olub.

Bizimyol.info xəbər verir ki, Rusiyanın Ukraynaya hücumu zamanı İrina Mariupolda yaralıları xilas edərkən qardaşları ilə birlikdə əsir düşüb.

"Təsəvvür edə bilməzdim ki, mən cəhənnəmin özünə düşəcəm, burada dişlərimi sıxıb həm zorakılığa, həm də ağrıya dözməli olacam, sonra isə yeni bir həyat şansı qazanacam",– deyə İrina əsir düşməsi ilə bağlı danışarkən bildirib.

Məlumat üçün bildirək ki, İrina Stoqniy oktyabrın 17- də Ukraynanın Rusiya əsarətindən evə qayıdan 108 qadından biridir. Gənc qadın Vinnitsa vilayətinin Tulçin rayonunun Krişçintsi kəndindəndir.

"Mən əvvəldən Mariupolda idim. Əsir düşəndə üzü üstə uzanıb pulemyotun lüləsi altında həyatımla vidalaşdım. Bütün həyatım gözümün önündən keçdi. Məni mehribanlıqla Rusiyanın yarısında gəzdirdilər. Sonra gecə bizi Olenivkaya apardılar, orda az-çox yedizdirdilər. Kişiləri isə bizdən fərqli qidalandırırdılar. Məsələn, bizə gündə 3 dəfə, amma onlara bir dəfə yemək verilirdi.  4 gündən sonra məni Rostov vilayətində “sizo”ya (istintaq təcridxanasına – Red.) apardılar.

Mən tibb bacısı olduğum üçün Olenivkada 4 gün olanda mənə iki əsir və yaralı DXR üzvünü gətirmişdilər. Mənim haqqımda deyirdilər ki, guya mən DXR-in bu yaralılarını dindirmişəm. Və beləcə cəhənnəm başladı. Bizi çölə də çıxarmadılar. Bizi döyürdülər” .

İrina bildirir ki, əsirlikdə olduğu müddətdə yalnız dua onu sağaldıb və heç bir tibbi yardım olunmayıb.

“Əzab içində olan yaralıların bəzilərinə o biri dünyaya getməyə kömək etdilər. Onları məsxərəyə qoydular. Qızları isə... Aman Allah, bunu demək çətindir...

Sonradan məni Valuykidə Belqorod vilayətinə gətirdilər. 3,5 ay orada qaldım. Orada münasibət bir az yaxşı idi. Bizi daha yaxşı yedizdirdilər, amma mənəvi cəhətdən öldürürdülər.

Məhbusları daim işə götürməyə cəhd edirdilər, işğalçı ölkənin dövlət himnini oxumağa məcbur edirdilər, nasizm haqqında cəfəngiyyatlara qulaq asırdırırdılar və s. Bizi zorla otağa salırdılar və təbliğat xarakterli videolarda yazdıqlarının hamısını deməyə məcbur edirdilər. Bizi Rusiyanın himnini oxumağa məcbur edirdilər. Sakit oxuyan, böyrək hissədən döyülürdü. Amma inam mənə təslim olmamaq üçün güc verdi. Mən daim dua edirdim və hər şeyin bitməsini gözləyirdim",- deyə İrina qeyd edib.

İrina deyir ki, əsirlikdə olduqları müddətdə onları tez-tez bir həbsxanadan digərinə, gözləri bağlı şəkildə köçürürdülər.

"Daha sonra bizi Kursk vilayətindəki başqa bir kaloniyaya apardılar. Orada bizi çox yaxşı yedizdirdilər - zəngin şorbalar, ət isə - donuz əti və mal əti.  Biz orada bir ay qaldıq. Bütün məhbusları fəal şəkildə Rusiya vətəndaşlığını qəbul etməyə məcbur etdilər.

Orada da bizi davamlı olaraq onların mahnılarını oxumağa və şeirlər öyrənməyə məcbur edirdilər. Səhər saat 6-da biz onların himninə oyanırdıq. Beləcə vaxt getdi. Sonra bizi yenidən təyyarəyə mindirdilər və Taqanroqa apardılar. Həmin kameralarda yenə eyni zorakılıqları etdilər. Xoşbəxtlikdən orada çox olmadıq.

Ukraynadakı qohumlarının yanına qayıtmaq istəyi sağ qalmağa kömək etdi. Hamı bilirdi ki, onları evdə uşaqları, valideynləri, qohumları gözləyir. Və onların xatirinə hər şeyə dözüb qayıtmalısan. Yad ölkədə ölmək istəməzdim ”,- deyə İrina göz yaşları içərisində bildirib.

Qadının sözlərinə görə, o, hələ də evdə, doğma Ukraynada olduğuna inana bilmir.

“Çoxumuzun həm də psixoloji dəstəyə ehtiyacı var. Tibbi müayinədən keçdik. Çoxlarının cərrahiyyə və tibbi yardıma ehtiyacı olacaq”,- deyə İrina əlavə edib.

Gələcəklə bağlı planlarını soruşduqda, hərbi həkim belə cavab verib:

"Gələcəkdə evə qayıtmağı planlaşdırıram. Anam onkoloji xəstədir. Bütün bu müddət ərzində məndən çox narahat idi. Bu, onun səhhətinə xələl gətirdi. İndi gedəcəm ona baxım. Özümün də bir az vaxta ehtiyacım var.

Həyat yoldaşım isə hələ də əsirlikdədir. Onu o cəhənnəmdən çıxarmağa başlamaq üçün həyəcan təbili çalıram. Əlimdən gələni edirəm. Lazım gələrsə, yenidən orduya qoşulmağa və ölkəmə yenidən kömək etməyə hər zaman hazıram”,- deyə İrina vurğulayıb.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »