Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya sülhməramlıları Azərbaycan jurnalistlərinin Xocalıya getməsinə imkan verməyib
Rusiya sülhməramlıları Azərbaycan jurnalistlərinin Xocalıya getməsinə imkan verməyib

Rusiya sülhməramlıları Azərbaycan mediasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupunun Xocalıda Rusiya sülhməramlı kontingentinin rəhbərliyi ilə danışıqları işıqlandırmasına imkan verməyib.

Sülhməramlıların komandanı, general-mayor Andrey Volkov mətbuatın müzakirələri işıqlandırmasının qarşısını alıb.

Komandanlarından müvafiq əmr alan sülhməramlı hərbçilər Azərbaycan jurnalistlərinin monitorinq qrupu ilə birlikdə Şuşadan Xocalıya yola düşməsinə imkan verməyiblər.

Media nümayəndələri sülhməramlıların postunu piyada keçərək Xankəndi istiqamətində bir qədər irəliləməyə nail olsalar da, Rusiya hərbçiləri əlavə qüvvə cəlb edərək, jurnalistlərin qarşısını kəsib, geri qaytarıblar.

Onlar bu hərəkətlərini heç bir formada əsaslandırmayıblar.

Monitorinq qrupunun Xocalıda danışıqları davam edir.(apa)

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »