Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Markedonovdan Azərbaycan və Moskvaya qarşı iddihamlar
Markedonovdan Azərbaycan və Moskvaya qarşı iddihamlar

“Azərbaycan ardıcıl olaraq qarşıdakı yeni onilliklər ərzində münaqişənin dondurulmasının qarşısını almağa çalışır”.

Bizimyol.info xəbər verir ki, bu sözləri MDBMİ-nin Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi və “International Analytics” jurnalının baş redaktoru Sergey Markedonov öz sosial şəbəkə hesabında bildirib. O, Azərbaycanı əsas oyunçuların diqqətini başqa mövzulara yönəltməkdə günahlandırıb.

“Üstəlik, işin yeni ilə qədər bağlanacağına söz verildi, hamı bunu eşitdi və heç kim heç nədən imtina etmədi. Təbii ki, bu cür münaqişələr müəyyən edilmiş müddətlərlə həll edilmir, lakin “sürətləndirmək” cəhdləri tamamilə mümkündür. Xüsusən də özünüzə inam, strateji müttəfiqin dəstəyi və bütün əsas oyunçuların diqqətini başqa mövzulara yönəltdiyiniz zaman”,– deyə o, Laçın dəhlizində baş verən son hadisələrə toxunub.

Sergey Markedonov Sergey Markedonov

Ekspertin fikrincə, Rusiya və Aİ üçün Ukrayna hazırda Qafqazdan qat-qat önəmlidir, İran üçün isə Yaxın Şərq prioritetdir, ABŞ isə öz dünya hegemonluğunu saxlamaqla bağlı ümumi problemlərdən narahatdır.

“Və bu mənada Rusiyanı sıxışdırmaq bahasına Cənubi Qafqazda gözlənilən sülh onlara heç bir şəkildə mane olmur, əksinə... Bu kontekstdə Moskva ilə bağlı çoxlu şikayətlərim var. Biz öz maraqlarımızı daha aydın və israrlı şəkildə ifadə etməliyik”,- deyə o, vurğulayıb.

Eyni zamanda, politoloq Rusiya sülhməramlılarını tənqid etməyə qəti şəkildə hazır olmadığını bildirib. "İnsanların, resursların və imkanların çatışmazlığı qarşısında onlar əllərindən gələni edirlər", - deyə Markedonov əlavə edib.

Xatırladaq ki, 3 dekabr tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sorğusu əsasında Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin həmin ərazilərə göndərilməsi barədə müraciət edib. Daha sonra Laçın yolu bağlanıb, əraziyə sülhməramlılar gəlib.

Qeyd edək ki, bundan əvvəl Qarabağa göndərilən Ermənistan əsilli milyarder Vardanyan və Rusiya sülməramlı kontingentin rəhbəri Volkovun Qarabağın qızıl mədənlərini talayaraq yük maşınları ilə Laçın dəhlizi vasitəsilə daşıdığı haqda məlumat yayılmışdı.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »