Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml “Rusiyanın üç cavab variantı”nı açıqlayıb
Kreml “Rusiyanın üç cavab variantı”nı açıqlayıb

“Rusiya hakimiyyəti Aİ və G7 ölkələrinin Rusiya neftinin qiymətinə tavan tətbiq etməsinə cavab vermək üçün müxtəlif variantları müzakirə edir”.

Bizimyol.info xəbər verir ki, bunu RİA Novosti-yə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov üç ssenari ilə bağlı mətbuatda çıxan məlumatı şərh edərkən deyib.

"Müxtəlif variantlar nəzərdən keçirilir. Qərar qəbul edildikdən sonra bu, ictimaiyyətə açıqlanacaq",- deyə Peskov bildirib.

Məlumat üçün bildirək ki, Qərbin neft sanksiyaları dekabrın 5-də qüvvəyə minib: Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırıb, üstəlik, G7 ölkələri, Avstraliya və Aİ belə neftə 60 dollar/barel qiymət limiti qoyub.

Rusiya baş nazirinin müavini Aleksandr Novak qərarı şərh edərkən bildirib ki, Rusiya hasilatı azaltmalı olsa belə, neft qiymətlərinə məhdudiyyət qoyulmasını qəbul etməyəcək. O əlavə edib ki, bu cür məhdudiyyətlər bazar alətlərinə müdaxilədir və Rusiya yalnız bazar şərtləri ilə işləyəcək istehlakçılarla işləməyə hazırdır.

Xatırladaq ki, daha əvvəl “Vedomosti” Rusiya hakimiyyətinin üç mümkün cavab variantı hazırladığını yazmışdı.

Bildirilirdi ki, birinci variant kimi, hakimiyyət məhdudiyyəti dəstəkləyən dövlətlərə neft satışına tam qadağa qoyulmasını nəzərdən keçirir, o cümlədən xammalı Rusiyadan birbaşa deyil, vasitəçi ölkələr və ya hətta onların zənciri vasitəsilə alırlarsa belə.

İkinci variant, alıcının hansı ölkədən olmasından asılı olmayaraq, qiymətlərin yuxarı həddi şərtini özündə əks etdirən müqavilələr üzrə ixracın qadağan edilməsini nəzərdə tutur.

Üçüncüsü, indikativ qiymətin tətbiqi, yəni Rusiyanın Urals neftinin Brent markalı referans qiymətinə maksimum endiriminin müəyyən edilməsi, endirimin artırılması ilə satışı qadağan ediləcək.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »