Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna yeni ilə qədər hansı əraziləri azad etməyi planlaşdırır?
Ukrayna yeni ilə qədər hansı əraziləri azad etməyi planlaşdırır?

“Ukrayna ordusu döyüş meydanında strateji üstünlüyə malikdir. Yeni ilə qədər Ukrayna Silahlı Qüvvələri Xerson və Zaporojye vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərini azad edə bilər”.

Bizimyol.info xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki və hərbi ekspert Roman Svitan bildirib. O, qeyd edib ki, əgər Xerson vilayətində və yarımadada olan rus işğalçıları Krım körpüsündə uğurla hücuma keçsələr, onlar özlərini “qazan”da tapacaqlar.

Eyni zamanda, o, hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri Xerson vilayəti ilə Krım arasındakı tədarük zəncirini qıra bilərlər.

"Bizim çox yaxşı strateji mövqelərimiz var. Ən azı dekabrda Krıma yaxınlaşa bilərik", - deyə ekspert Kanal 24 -ə şərhində bildirib.

Svitan onu da əlavə edib ki, belə olan halda Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin şimalını azad edərək Luqanska gedəcək, sonra isə Rusiya Federasiyasına doğru hərəkət etmək lazımdır.

Xatırladaq ki, ötən sutka ərzində Ukrayna Müdafiə Qüvvələri rusların komanda məntəqəsi və sursat anbarına zərbələr endirib. Ukrayna Silahlı Qüvvələrinin aviasiyası şəxsi heyətin, silahların və hərbi texnikanın cəmləşdiyi ərazilərə 22, eləcə də düşmənin zenit-raket komplekslərinin mövqelərinə dörd zərbə endirib.

Bundan əlavə, bildirilir ki, Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Beloqorovka və Donetsk vilayətinin Verxnekamenskoye, Sporoe, Yakovlevka, Baxmut, Belaya Qora, Kurdyumovka, Novobaxmutovka, Maryinka və Novomikaylovka yaşayış məntəqələri ərazilərində işğalçıların hücumlarını dəf edib.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »