Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarus ordusu Ukraynaya qarşı döyüşmək istəmir, narazılıq artır - Baş Qərargah
Belarus ordusu Ukraynaya qarşı döyüşmək istəmir, narazılıq artır - Baş Qərargah

Belarus hərbçiləri ölkəni Ukrayna ilə müharibəyə cəlb etmək təhlükəsi olduğundan hərbi-siyasi rəhbərliyin fəaliyyətindən narazıdırlar.

Bizimyol.info xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər xülasəsində qeyd edilir ki, Volın və Polesye istiqamətlərində vəziyyət ciddi dəyişikliklər hiss olunmur.

Düşmənin hücumçu qruplarının formalaşması əlamətləri hələ ki müşahidə edilmir, lakin Belarus hərbçiləri Ukraynaya qarşı döyüşmək perspektivindən həyəcanlanırlar. Hərbi hazırlıqlar Belarus ordusunda Rusiyanın təhriki ilə onların da müharibəyə cəlb ediləcəyi qənaətini yaradıb. Lakin belaruslar birmənalı olaraq qonşu dövlətlə münaqişəyə girmək istəmirlər.

Baş Qərargahda qeyd edildiyi kimi, Belarusun poliqonlarında Rusiya bölmələrinin təlimi davam edir. Bu ölkə Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünü dəstəkləməkdə davam edir, eyni zamanda, raket və hava zərbələri üçün ərazi, həmçinin hava məkanı təmin edir.

“Belarusun hərbi-siyasi rəhbərliyinin fəaliyyətindən narazılıq bu ölkənin sərhəd xidmətinin hərbçiləri və silahlı qüvvələri arasında getdikcə artır, çünki respublikanı Ukrayna ilə müharibəyə cəlb etmək təhlükəsi var. Bu, həm də Rusiyanın, xüsusilə də Putinin isatlı istəyi kimi gözlənilən məqamdır”, - deyə xülasədə qeyd edilir.

Bildiyiniz kimi, dekabrın əvvəlində Ukrayna hərbçiləri Ukraynanın şimal sərhədi yaxınlığında təlimlər keçirib. Dekabrın 6-da Belarusun Müdafiə Nazirliyi silahlı qüvvələrin döyüş hazırlığına başlandığını elan edib.

Eyni zamanda, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Belarusdan heç bir hücumun olmayacağına əmindir. Onun sözlərinə görə, mümkün hücum barədə rus mənbələrinin yaydığı məlumatlar, daha çox ukraynalılar arasında panika yaratmağa xidmət edir.

Lukaşenko dəfələrlə bəyan edib ki, Belarus ordusu bu müharibədə iştirak etməyəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »