Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ: "Biz ukraynalıları Rusiya ərazisinə zərbə endirməyə təhrik etmirik"
ABŞ: "Biz ukraynalıları Rusiya ərazisinə zərbə endirməyə təhrik etmirik"

ABŞ hakimiyyəti Kiyevi Rusiya Federasiyası ərazisinə zərbə endirməyə təhrik etmir, lakin onlar Ukraynaya “özünü qorumaq üçün lazım olan” hərbi yardımı davam etdirmək niyyətindədirlər.

Bİzimyol.info xəbər verir ki, bunu çərşənbə axşamı dövlət katibi Entoni Blinken Vaşinqtonda keçirilən “iki üstəgəl iki” formatında ABŞ-Avstraliya danışıqlarının yekunlarına dair mətbuat konfransında deyib.

“Biz ukraynalıları Rusiya ərazisinə zərbə endirməyə təhrik etmirik və onlara belə zərbələr endirmək üçün imkan vermirik. Ancaq Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü qarşısında ukraynalıların hər gün nələr yaşadıqlarını anlaması vacibdir. Ukraynalılar 9 aydır ki, hər an belə qəfləti hücumlara məruz qalacaqları təhkükəsi altında yaşayırlar. Biz bütün dünya üzrə tərəfdaşlarımızla birlikdə onların özlərini, ərazilərini və azadlıqlarını müdafiə etmək üçün lazımi texnikaya malik olmasını təmin etməkdə qərarlıyıq”,- deyə dövlət katibi bildirib.

Entoni Blinken Entoni Blinken

“Əlbəttə, biz bu zərbələr barədə xəbərləri görmüşük, lakin hazırda məndə kifayət qədər ətraflı məlumat yoxdur”,– deyə o, Kiyevin Rusiya Federasiyasının hərbi aerodromlarına pilotsuz uçuş aparatları ilə zərbələr endirmək cəhdləri barədə xəbərləri şərh edərkən bildirib.

Blinken həmçinin bildirib ki, o, Vaşinqtonun Ukrayna ilə bağlı hazırkı kursuna ikitərəfli dəstəyin azalması əlaməti görmür: “Ukraynaya dəstək səylərimizin xarakterik xüsusiyyəti ölkəmizdəki hər iki partiya tərəfindən vacib dəstək qazanır. Bunun sona çatacağına dair heç bir əlamət görmürəm”,- deyə o qeyd edib.

Eyni zamanda dövlət katibi bildirib ki, Vaşinqton siyasətini ictimai rəy sorğuları əsasında qurmur. “Biz ABŞ-ın maraqlarına əsaslanan siyasət qururuq”, - deyə o vurğulayıb və əlavə edib ki, onun fikrincə, Ukraynaya edilən yardım bu maraqlara cavab verir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »