Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml yeni səfərbərlik dalğası hazırlayır, lakin bu, xilas yolu deyil - MTİ
Kreml yeni səfərbərlik dalğası hazırlayır, lakin bu, xilas yolu deyil  - MTİ

"Vladimir Putin rejimi çox güman ki, rusları Ukrayna ilə müharibəyə cəlb etmək üçün yeni səfərbərlik dalğası elan etməyə hazırlayır. Lakin bu, işğalçı qoşunları xilas etməyəcək".

Bizimyol.info xəbər verir ki, Müharibənin Tədqiqi İnstitutunun (MTİ) analitiklərinin dekabrın 7-də yaydıqları hesabatda qeyd etdiyi kimi, nə ümumi səfərbərlik, nə də Ukraynaya rəsmi müharibə elan etmək “dünyanın ikinci ordusu”na kömək etməyəcək.

Məsələ burasındadır ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi dinc dövrdə iki illik çağırış dövrü ərzində eyni vaxtda 130 mindən çox olmayan çağırışçıya təlim keçə bilər. Çağırışçıları peşəkar şəkildə hazırlamaq üçün ən azı üç ay vaxt sərf edilməlidir.

Bu barədə daha əvvəl Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib: "İndi cəbhəyə gələn çağırışçılar Putinin qismən səfərbərlik əmrindən dərhal sonra cəbhəyə göndərilənlərdən daha yaxşı hazırlanıb. Buna görə də, səfərbərliyin müvəffəqiyyəti Rusiya Federasiyası ordusu komandanlığının şəxsi heyətinə vaxt və resurslar sərf etmək qabiliyyətindən asılıdır. Ancaq rusların uzunmüddətli strateji planlaması yoxdur", - deyə o qeyd edib.

MTİ xatırladıb ki, Kreml yeni səfərbərlik dalğasına hazırlığı inkar edir. Kremlin sözçüsü Dmitri Peskov dekabrın 6-da yayılan xəbəri "təxribat" adlandırıb və vətəndaşları belə məlumatlara məhəl qoymamağa çağırıb. MTİ-nun analitikləri qeyd edirlər ki, Kremlin bu bəyanatı, ehtimal ki, həm Rusiya müxalifətinin, həm də səfərbərlik planlarından xəbər tutan mənbələrin təsirini gözdən salmaq məqsədi daşıyır.

Eyni zamanda, Putin çağırışçılar və onların ailələrinin etiraz əhval-ruhiyyəsini yatırmağa hazırlaşır. Xüsusən də hakimiyyət hökumət binalarında, universitetlərdə, məktəblərdə, xəstəxanalarda, limanlarda, vağzallarda və kilsələrdə mitinqlərin keçirilməsini qadağan edən qanun qəbul edib.

“Ukraynanın Rusiya ərazisinə quru təhdidindən” fəal danışan Rusiya təbliğatı da fəallaşıb. Moskva rəsmiləri isə şəhərin hər yerində "xüsusi əməliyyat"la bağlı elanlar asıblar. Bu, əvvəllər - 2022-ci ilin yayında yalnız ucqar şəhər və qəsəbələrdə Rusiyada könüllülərin işə götürülməsi kampaniyalarının qızğın vaxtında müşahidə edilirdi", - deyə MTİ qeyd edir.

Analitiklər əmindirlər ki, bu informasiya şəraiti rusları əlavə səfərbərliyə ehtiyac olduğuna inandırmaq üçün kifayət deyil. Kreml inkar edilən səfərbərliyi elan etməklə öz etimadını sarsıdacaq.

Sentyabrın 21-də Putin Rusiyada qismən səfərbərlik elan edərək, yüz minlərlə kişini ölkəni tərk etməyə məcbur etdi. KİV-in məlumatına görə, Şoyqu Nazirliyi ən azı 492 min nəfəri səfərbər edib.

Təlim olmadığı üçün səfərbər olanlar Putin üçün dayaq yox, problemə çevrildi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »