Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda inqilab ab-havası: Bu hərakat digərlərinə bənzəmir
İranda inqilab ab-havası: Bu hərakat digərlərinə bənzəmir

Son 3 ayda İranın şəhər və qəsəbələrində inqilabi ab-hava müşahidə edilir. Əslində etirazlar sentyabrın 16-da gənc qadın Məhsa Əmininin baş örtüyünü düzgün bağlamadığına görə, əxlaq polisi tərəfindən həbs edilərək, ölümündən sonra başladı. Əvvəlcə hamı hərakatın feminist xarakter daşıdığını, tezliklə yatırılacağını düşünürdü. Amma zamanla müxtəlif etnik təbəqələr və ümumilikdə vətəndaşlar Tehran rejiminə qarşı çıxmağa başladı.

Öncə xatırladım ki, son on ildə İranda şoxsaylı etirazlar baş tutub, amma molla rejimi müxtəlif üsullarla, cəzalarla, hətta qəddarlıqla bu etirazları yatırmağa nail ola bilib. Bu dəfə isə Tehran rejiminin əleyhdarlarının nümayiş etdirdiyi əzmkarlıq və birlik epizodik iğtişaşların köhnə modelini tarixə çevirdi. Belə ki, artıq Tehran rejimi anlamağa başladı ki, daha hücum mövqeyi işləməyəcək. Bu səbəblə də ictimai qəzəb dalğasından müdafiə modelinə keçdi.

İranda son 3 ayda etirazlar zamanı 60 uşaq və 29-u qadın olmaqla 448 nəfər öldürülüb, 17 minə yaxın etirazçı həbs edilib. 36 nəfər etirazçı təhlükəsizlik qüvvələrinin üzvlərini öldürməkdə ittiham olunan bir neçə nəfər ağır cinayətlərdə ittiham olunub. Bütün cəzalara, qərarlara baxmayaraq, İran daxilində etirazlar səngimir. Universitetlərdə, küçələrdə, polis güllələri və dəyənəklərinin qurbanlarının basdırıldığı qəbiristanlıqlarda hər gün nümayişlər keçirilir.

Nəticədə dekabrın 4-də Tehran rejimi əxlaq polisinin fəaliyyətini dayandırdığını elan etdi. Qeyd edək ki, bu, etirazlar başlayandan bəri rejimin ilk geri addımı idi. Amma spektiklər bu gün də əxlaq polisinin ləğv edilməsini Tehran rejiminin müxalifəti parçalamaq və zəiflətmək üçün bir hiyləsi olduğunu hesab edirlər.

Artıq İranda etiraçılar Tehran rejimindən, yəni ölümdən qorxmur. Onlar İrandan kənarda insanların daha böyük hüquqlara sahib olduğunu öyrəndi.

Bu gün İran küçələrində əsas şüar “Qadın, həyat və azadlıq” olsa da, etirazları qadınlar başlatmış olsa da, məsələnin kökündə bir dövlətin az qala bütün vətəndaşlarının (xüsusilə qadınların) hüquqlarının illərlə molla rejimi tərəfindən zorlanması dayanır. Təsadüfi deyil ki, bu gün İranda artıq etirazçıların şüarlarında “Qardaşımı öldürəni öldürəcəm” ifadələri yer alır.

Etirazçılar rejimin dəyişdirilməsini tələb edir. Amma gəlin etiraf edək ki, bu gün onlar molla rejimi kimi dəhşətli bir bir düşmənlə qarşı qarşıyadılar. Təbii ki, azadlığını və həyatını təhlükəyə atıb, heç nə əldə edə bilməmək də ağırdır. Buna baxmayaraq, başa düşmək lazımdır ki, İran müxalifəti indiyə qədər parçalanıbsa və asanlıqla etirazlar yatırılıbsa, bu hərakat digərlərinə bənzəmir.

Tehran rejiminin süqutu üçün səy göstərən qruplar vahid cəbhə yaratmaq üçün əllərindən gələni edirlər. Bu günlərdə İranın Mədəniyyət və Turizm naziri Ezzatollah Zərgəminin bir fikri çıxdı qarşıma. O, deyirdi ki, etiraz aksiyalarında daha çox 2000-ci illərdə doğulanlar iştirak edir və onları 80-ci illərin nəsli başa düşə bilməz.

Zərgəmi deyir: “Mən son həbs edilənlərin baş müstəntiqi ilə danışdım. O mənə dedi ki, “mən bir ömür boyu insanları sorğu-suala tutmuşam və bu, indiyə qədər keçirdiyim ən çətin sorğu olub. Çünki nə mən onların dediyini başa düşürəm, nə də onlar mənim dediyimi!"

Belə…

Baş verənlər bir daha sübut edir ki, Tehran rejimi son nəfəsini verir. Hökumətin əxlaq polisinin fəaliyyətini dayandırması və vəd etdiyi hicab qanununda dəyişiklik olsa belə, bu heç nəyi dəyişməyəcək. Çünki vaxt yetişib, yəni mənəviyyatı iflic rejimin süqut vaxtı...

Tomris, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »