Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya iki səbəbə görə bu gün Ukraynaya raket hücumu edə bilər - İqnat
Rusiya iki səbəbə görə bu gün Ukraynaya raket hücumu edə bilər - İqnat

"Rusiya yeni raket zərbəsi endirə bilər. Bunun iki “səbəbi” var".

Bizimyol.info xəbər verir ki, “Suspilna” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığının sözçüsü Yuri İqnat bildirib.

"Bu gün də bunu təkrar edə bilərlər. Birincisi, bayram - Ukrayna Silahlı Qüvvələri günüdür. İkincisi, biz elə tendensiyalardan görürük ki, oktyabrın 10-11-də və 17-18-da bir gün güclü hücum oldu,

ikinc gün isə daha az həmlələr etdilər, amma yenə də, az da olsa vurdular", - deyə o bildirib.

O, ukraynalıları Rusiya Federasiyasından gələn raket təhlükəsini daim xatırlamağa, bundan panikaya düşməməyə, belə hallara qarşı hazır olmağa və Ukrayna Silahlı Qüvvələrinə inanmağa çağırıb.

İqnat xatırladıb ki, dekabrın 5-də ukraynalı müdafiəçilər 60-dan çox Rusiya raketini məhv ediblər, lakin Ukraynanın hələ də havadan gələn təhdidlərdən müdafiə vasitələrinə ehtiyacı var.

“Biz tərəfdaşlarımızın dəstəyinə ümid edirik, onlar bizi tədricən bu cür zəruri və müasir hava hücumundan müdafiə avadanlığı ilə təmin edirlər - bu, Almaniyanın "Gepard", "IRIS-T" və "NASAMS"dır. Bizim daha çox belə sistemlərə ehtiyacımız var ki, mövcud hava hücumundan müdafiə sistemlərini həqiqətən qoruya və gücləndirə bilək, onlar hələ də, əsasən sovet "Buk-M1", "S-300" sistemlərindən istifadə edirlər”, - deyə Ukrayna Silahlı Qüvvələrin Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsiqeyd edib.

Bazar ertəsi, 5 dekabr 2022-ci ildə Rusiya növbəti dəfə Ukrayna şəhərlərinə kütləvi hücum həyata keçirib.

“Ukrenerqo” milli enerji şirkəti Rusiya raketlərinin enerji infrastrukturu obyektlərinə vurulmasını, habelə bunun nəticəsində elektrik enerjisinin fövqəladə vəziyyətlə bağlı kəsilməsini təsdiqləyib.

Zelenski bildirib ki, Rusiyanın Ukraynaya yeni kütləvi raket hücumu səbəbindən ən çox yeddi regionda - Vinnitsa, Kiyev, Jitomir, Dnepropetrovsk, Odessa, Xmelnitski və Çerkassıda enerji verilməsində problem yaranıb. Ukrayna prezidenti əlavə edib ki, raketlərin əksəriyyəti hava hücumundan müdafiə vasitəsi ilə vurulub, qurumlar energetiklər elektrik enerjisini bərpa etməyə başlayıblar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »