Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya düşünsün ki, aviabazalara hücumu kim edib - USQ
Rusiya düşünsün ki, aviabazalara hücumu kim edib - USQ
Müharibənin Tədqiqi İnstitutu (MTİ) Rusiyanın Engelsdəki və Ryazan yaxınlığındakı strateji aviabazalarında bir sıra partlayışların Ukrayna qüvvələri tərəfindən törədildiyini ehtimal edir. Hər iki aerodrom düşmənin arxa cəbhəsi hesab edilir.

Bizimyol.info xəbər verir ki, dekabrın 6-da MTİ brifinqində qeyd edilib ki, bu, Ukrayna tərəfindən ölkənin infrastrukturuna qarşı Rusiyanın raket zərbələri hücumlarının qarşısını almaq cəhdi də hesab edilə bilər.

"Ukrayna qoşunları, ehtimal ki, dekabrın 5-də Rusiyanın iki strateji hava bazasına zərbələr endirib. Ukrayna Rusiyanın arxa xəttlərinə zərbələr endirmək və Rusiyanın Ukrayna infrastrukturuna zərbələr endirmək qabiliyyətini nümayiş etdirərkən cüzi ziyana səbəb olub".

- analitiklər qeyd edirlər.

“Ukrayna qoşunları dekabrın 5-də Rusiyanın iki strateji hava bazasına hücum edib. Ukrayna bununla ola bilsin ki Rusiyaya cüzi ziyan vurub, amma Kiyev bununla dümənin arxa cəbhəsinə zərbələr endirmək qabiliyyətini nümayiş etdirib və ona Ukrayna infrastrukturuna zərbələr endirmə kampaniyasını dayandırmaq xəbərdarlığı etmiş olub", - deyə analitiklər qeyd edirlər.

Arxa aerodromlarda baş verən partlayışlar “Moskva Ukrayna ərazisindən təhlükə altındadır” qənaətinə gələn Rusiya bloqçuları arasında səs-küy yaradıb.

Dekabrın 5-nə keçən gecə Ryazan yaxınlığında və Engelsdə partlayış baş verib. Rusların məlumatına görə, Ukraynadan 800 km-dən çox uzaq məsafədə yerləşən aerodrom pilotsuz təyyarələrlə hücuma məruz qalıb.

Ukrayna Silahlı Qüvvələri (USQ) artıq “hələ heç nəyə başlamadıqlarını” bəyan ediblər: “Rusiya ərazisində getdikcə artan partlayışlar gözlənilə bilər. Düşmən nə qədər istəməsə də, biz hələ heç nəyə başlamamışıq. Bu hadisələri belə təsvir etmək lazımdır. Gərək başlarını qaşısınlar, fikirləşsinlər ki, bunu necə və kim edib, necə olub? Günahkarları tapsınlar. Ola bilsin ki, bir az vaxt lazım olacaq. Onlar üçün həyəcanverici siqnaldır”, - deyə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat bildirib.

Eyni zamanda, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov Rusiyanın Engels hərbi aerodromunda baş verən partlayışı şərh edərkən vurğulayıb ki, işğalçı ölkənin hökuməti bu ərazidə baş verənlərə görə məsuliyyət daşıyır.

Dekabrın 6-da "pambıq" paradı davam etdi - naməlum pilotsuz təyyarə Kursk aerodromuna hücum edib.

Kursk vilayətinin qubernatoru Roman Starovoytun sözlərinə görə, pilotsuz təyyarənin hücumu nəticəsində neft saxlama çəni yanıb. Yanğın söndürülüb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »