Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ: "Tribunalın yaradılması layihəsi masanın üstündədir"
ABŞ: "Tribunalın yaradılması layihəsi masanın üstündədir"

"Ukrayna işi üzrə hansısa beynəlxalq tribunalın yaradılması layihəsi masanın üstündədir".

Bizimyol.info xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ dövlət katibi Entoni Blinken "The Wall Street Journal"-ın VSJ CEO Sammitində bildirib.

"Baş verənlərə görə məsuliyyətin olması çox vacibdir. Törədilmiş cinayətlərə görə cəza tətbiq etməmək, əlbəttə cəzasızlıq analogiyası yarada bilər. Biz bunun təkrarlanmasını istəmirik",- deyə Blinken bildirib.

Entoni Blinken Entoni Blinken

“Əvvəlcədən demək istəmirəm, amma məlumatların toplanması vacibdir. Lazım gələrsə, Ukraynanın bu şeylərə görə məsuliyyət daşıya bilməsi vacibdir, lakin biz Beynəlxalq Cinayət Məhkəməsinin dəlil və məlumat toplamaq səylərini də dəstəkləyirik. Bir növ müstəqil məhkəmə, tribunal yaradılması ilə bağlı müzakirələr gedir. Bütün hadisələrlə bağlı məlumatlar masanın üstündədir. Müharibə milyonlarla insanın həyatına təsir edib. İnsanlar öldürülüb, yaxınlarını itiriblər, evləri dağıdılıb, yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıblar, uşaqlar öldürülüb və xəsarətlər alıblar, ölkənin strateji infrastrukturuna ciddi ziyan dəyib və s. bütün bunlara görə məsuliyyət daşıyan tərəf və ya tərəflər olmalıdır”,- deyə o qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyi bundan əvvəl Qərb ölkələrində Rusiya təcavüzünü araşdırmaq üçün bir növ tribunal yaratmaq planları ilə bağlı bəyanatlardan hiddətləndiyini bildirib. Departament bildirib ki, Qərb ölkələrinin kvazi-məhkəmə mexanizmini işə salmaq cəhdi öz hüquqi nihilizmində misilsizdir.

Bu, Qərbin ikili standartları praktikasının daha bir nümunəsidir. Xarici İşlər Nazirliyi vurğulayıb ki, “belə bir məhkəmə heç vaxt Rusiya üzərində yurisdiksiyaya malik olmayacaq”.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »