Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağ Ev: “Ölkələrdən ABŞ və Çin arasında seçim etməyi tələb etmirik”
Ağ Ev: “Ölkələrdən ABŞ və Çin arasında seçim etməyi tələb etmirik”

“Başqa ölkələrdən ABŞ və Çin arasında seçim etməyi tələb etmir”.

“Report” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi Çin Xalq Respublikasının Sədri Si Cinpinin Səudiyyə Ərəbistanına gözlənilən səfərini şərh edərkən bildirib.

“Xarici liderlər müxtəlif ölkələrə səfər edirlər, onların ikitərəfli əlaqələri var. Odur ki, heç vaxt heç bir ölkədən ABŞ və Çin arasında seçim etməyi xahiş etməmişik. Yaxın Şərqdəki dostlarımız və tərəfdaşlarımız Çin Sədri ilə görüşmək və onunla bir sıra məsələləri müzakirə etmək istəyirlərsə, şübhəsiz ki, bu, onların hüququdur və buna hörmət edirik”, - o vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »