Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinə Saratov və Ryazanda baş verən hadisələr barədə məlumat verilib
Putinə Saratov və Ryazanda baş verən hadisələr barədə məlumat verilib

"Saratov və Ryazan vilayətlərindəki obyektlərdə baş verən hadisələrlə bağlı hesabat Rusiya prezidenti Vladimir Putinə təqdim edilib".

Bizimyol.info xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

"Əlbəttə. Bütün müvafiq xidmətlərdən prezident mütəmadi olaraq baş verən hər bir hadisə haqqında məlumat alır", -deyə  Kreml sözçüsü bununla bağlı suala cavab olaraq bildirib.

Peskov bu hadisələrlə bağlı ətraflı məlumat verməyib: “Mən yalnız mediada gedən xəbərləri görmüşəm, amma dəqiq məlumatım yoxdur, bu barədə şərh verə bilmərəm”, - deyə izahat verib və şərhlər üçün Müdafiə Nazirliyi ilə əlaqə saxlamağı tövsiyə edib.

Qeyd edək ki, Saratov vilayətinin qubernatoru Roman Busargin Engels şəhərində daha əvvəl baş vermiş güclü partlayış və alovlanma ilə bağlı məlumatı şərh edib. Bu barədə o, rəsmi Telegram kanalında yazıb.

“Sosial şəbəkələrdə və mediada səhər tezdən Engelsdə gurultu və çaxnaşma baş verməsi barədə məlumatlar yayılır. Sizi əmin etmək istəyirəm ki, şəhərin yaşayış massivlərində heç bir fövqəladə hadisə baş verməyib”, - Busargin bildirib.

Qubernator vurğulayıb ki, narahatlığa əsas yoxdur, bir dənə də olsun mülki infrastruktur obyektinə ziyan dəyməyib.

Busarqinin sözlərinə görə, hazırda hərbi obyektlərdə baş verən insidentlərlə bağlı məlumatlar hüquq-mühafizə orqanları tərəfindən yoxlanılır.

Bundan əvvəl “Baza” Telegram kanalı Rusiyanın Saratov vilayətində naməlum pilotsuz uçuş aparatının aerodroma hücum etdiyini bildirib. Telekanalın məlumatına görə, dekabrın 5-i səhər saatlarında PUA yerli aerodromun uçuş-enmə zolağına düşüb. İddialara görə, pilotsuz uçan aparat iki təyyarəyə ziyan vurub.

Bazar ertəsi fövqəladə xidmətlər TASS-a bildiriblər ki, Ryazan yaxınlığındakı aerodromda təyyarə dayanacağında partlayış baş verib, üç nəfər ölüb, beş nəfər yaralanıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »