Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskovdan sanksiyalarla bağlı açıqlama
Peskovdan sanksiyalarla bağlı açıqlama

“Anti-Rusiya sanksiyaları Avropa ölkələrinə ziyan vurur”.

Bizimyol.info xəbər verir ki, bu sözləri jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Qərbin “tavan” qiymətlərini tətbiq etməsindən sonra Rusiya neftinin dəyəri dəyişəcək.

"Bir şey göz qabağındadır və mübahisəsizdir: belə qərarların qəbulu dünya enerji bazarlarında sabitliyin pozulmasına doğru bir addımdır", - deyə Peskov bildirib.

Bundan əlavə, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniya kansleri Olaf Şolzun anti-Rusiya sanksiyalarının effektivliyi ilə bağlı açıqlamalarını şərh edərkən qeyd edib ki, bunu mübahisə etmək olar.

Məlumat üçün bildirək ki, Scholz, "Foreign Affairs" üçün yazdığı məqalədə Rusiyaya qarşı sanksiyaların effektivliyinin artdığını bildirib.

"Müəyyən problemlər, əlbəttə ki, sanksiyalara görə yaranır, lakin indiyə qədər onlar kritik xarakter daşımayıb və burada cənab Şolzla mübahisə etmək olar. Əslində, ekspertlər Rusiya iqtisadiyyatının bu şərtlərə uyğunlaşdırılması prosesini mükəmməl görürlər və bunu inkar etmək qeyri-peşəkarlıq olardı”, - deyə Rusiya liderinin mətbuat katibi bildirib.

O, həmçinin vurğulayıb ki, Rusiya əleyhinə sanksiyalar Avropa ölkələrinə, o cümlədən Almaniya iqtisadiyyatına ziyan vurur.

"Bu zərər göz qabağındadır. Bu barədə hamı bilir: həm bizim mütəxəssislər, həm Brüsseldəki mütəxəssislər, həm də Berlindəki mütəxəssislər", - deyə Peskov əlavə edib.

Xatırladaq ki, Qərb neftinə qarşı sanksiyalar dekabrın 5-dən qüvvəyə minir: Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırır, G7 ölkələri, Avstraliya və Avropa İttifaqı isə onun dəniz daşımalarına barrel üçün 60 dollar qiymət limiti qoyur.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »