Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kadırov Avropada yaşayan tənqidçisini öldürtdürüb
Kadırov Avropada yaşayan tənqidçisini öldürtdürüb

Çeçenistanın rəhbəri Ramzan Kadırovun tənqidçiləri ilə amansız davrandığı məlumdur. İndiyə qədər müstəqil jurnalistlər onun bir neçə nəfərin qətlini sifariş etməsi ilə bağlı yazıblar. Respublika başçısı hətta xaricdə üz tutanları da cəzalandırmağın yolunu tapır. Əvvəllər həmin şəxslərin Çeçenistanda yaşayan qohumlarına əzab verirdilər. Yeni təcrübə Kadırovun xaricdəki tənqidçilərinin öldürülməsidir.

Bizimyol.info xəbər verir ki, çeçen bloger Tumsa Abdurəhmanov İsveçdə qətlə yetirilib. Onu bir qrup şəxsin güllələdiyi bildirilir. Çeçenistandan olan siyasi fəallar “Telegram” kanallarına bu haqda məlumat veriblər. İsveç polisi hələ açıqlama verməyə tələsmir. Amma cinayətkarların axtarıldığı haqda yazılar var.

Tumso Əbdürəhmanov dekabrın ilk günlərindən ortada görünməməyə başlayıb. Hüquq müdafiəçiləri onunla əlaqə saxlamağa çalışıblar. Polisə məlumat verilən günün ertəsi Əbdürəhmanovun güllələnməsi məlum olub.

Tumso Əbdürəhmanov daha çox Çeçenistan hakimiyyətini tənqid etməsi ilə tanınır. O, 2015-ci ildə Ramzan Kadırovun qohumları ilə münaqişədən sonra Rusiyanı birdəfəlik tərk etməli olmuşdu. Bloger İsveçdə siyasi sığınacaq almışdı. Bundan sonra Əbdurəhmanovu Çeçenistanda İŞİD-lə əlaqədə ittiham etməyə başlamışdılar. Blogeri əvvəllər dəfələrlə öldürməyə cəhd göstərmişdilər. Onun qardaşı Məhəmmədin də həyatına son qoymağa az çalışmayıblar. Tumso 2021-ci ilin dekabrında Çeçenistanda 9 qohumunun oğurlandığını açıqlamışdı. Siyasi fəal bütün baş verənləri Kadırovun şəxsən sifariş etdiyini deyirdi.

Üç il əvvəl Əbdürəhmanova İsveçdə yatdığı yerdə hücum etmişdilər. Onun mənzilinə girməyə imkan tapan şəxs blogerin başına küt alətlə bir neçə zərbə endirmişdi. Tumso həmin şəxsin üzünü görməyə imkan tapmışdı. Siyasi fəalın sözlərinə görə, bu adamla heç vaxt üz-üzə gəlməyib.

2019-cu ildə Əbdürəhmanova Çeçenistan parlamentinin rəhbəri Məhəmməd Daudovun doğum günündə hücum olunmuşdu. Tumso bunu təsadüf saymırdı. Çünki parlament sədri siyasi fəala qanlı intiqam aktı həyata keçiriləcəyi ilə bağlı xəbər göndəribmiş.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »