Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Hüseyin Cavidin anım günüdür
Bu gün Hüseyin Cavidin anım günüdür

Bu gün Azərbaycan ədəbiyyatında “İblis”lə damğasını vuran Hüseyin Cavidin anım günüdür. O, Azərbaycanda romantizm cərayanının ədəbi nümayəndələrindən biri idi.

Araşdırmaçı, şair Namiq Hacıheydərli Bizimyol.info xəbər portalına açqılamasında bildirib ki, Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Onun Azərbaycan ədəbiyyatının inkişafındakı yeri və rolu danılmazdır. Hər bir yaradıcı şəxsin, sənətkarın yaradıcılığı onun xarakterinin, aldığı tərbiyənin və xüsusi ilə gördüyü təhsilin məhsuludur.

Araşdırmaçı, şair Namiq Hacıheydərli Araşdırmaçı, şair Namiq Hacıheydərli

“Hüseyn Cavid xaraktercə bütöv və mükəmməl şəxsiyyət idi. Eyni zamanda Tanrı ona misilsiz istedad bəxş etmişdi, lakin onun aldığı təhsil barədə bu yüksək sözləri söyləmək mümkün deyil. Yəni onun aldığı təhsil, xarakteri və istedadı ilə ayaqlaşa bilmirdi. İlk təhsilini mollaxanada almışdı. Burada təbii ki, şərq mədəniyyətini və şərq dillərini öyrənmişdi. Bundan sonra yenə də Naxçıvanda tərbiyə məktəbində oxumuşdu. Sonralar bir müddət təhsilini Güney Azərbaycanın Təbriz şəhərində davam etdirmişdi. Bir müddət sonra, 1906-1909 cu illərdə İstanbul Universtetində oxumuşdu” - deyə araşdırmaçı bildirib. O, qeyd edib ki, həmin dönəm üçün İstanbul Universtetinin dünya elmi ilə ayaqlaşdığını demək doğru olmazdı. Çünki Osmanlı dövləti Türk dövləti kimi qurulsa da, son əsrlərdə mahiyyətcə Türk dövlətindən daha çox ərəb dövlətinə çevrilmişdi. Osmanlı məktəblərində İslam adı altında ərəb kültürü təbliğ edilirdi. Əlbəttə, Hüseyn Cavid ağıllı və zəkalı insan kimi bunları gözəl anlayırdı. Bu səbəblə daim axtarışda idi.

“Onun bu axtarışlarını biz Cavidin yaradıcılığında aydın şəkildə görə bilirik. Belə ki, Hüseyn Cavidin yaradıcılığın ilk illərində ərəb, fars tərkibi sözlərdən çox istifadə etdiyini görürük. Sonralar İstanbulda təhsil aldığı illərdə və İstanbulda təhsilini bitirdikdən sonra görürük ki, onun yaradıcılığında Osmanlı Türkcəsi hakimdir. Bu illərdə onun yaradıcılığında 19-cu əsr Türk şairlərinin ciddi təsiri olub” - deyə Namiq Hacıheydərli qeyd edib.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Hüseyn Cavid öz dilini qəliz Osmanlı Türkcəsindən arındırmağa çalışır, dilini sadələşdirməyə cəhd edir. Bu axtarışlar onun dini dünyagörüşündə də özünü göstərir. Bu səbəbdən bəzi təqdiqatçılar Hüseyn Cavidin sonralar Bəhailik dinini qəbul etdiyini yazır.

Mütəxəssis bildirib ki, yaradıcı şəxsiyyətin hansı dinə üstünlük verdiyi önəmli deyil. Önəmli olan odur ki, Hüseyn cavid böyük şairdir, dramaturqdur və öz yaradıcılığı ilə Azərbaycan mədəniyyətinə misilsiz xidmətlər göstərmişdir. Onun “Ana”, “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “İblis”, “Uçurum”, “Azər” və digər dəyərli əsərləri bu gün də diqqət mərkəzindədir.

Bəli, Hüseyn Cavid Azərbaycan ədəbiyyatında özünəməxsus bir irsə sahibdir. Harda olursansa ol,

"- İblis nədir?

- Cümlə xəyanətlərə bais. Ya hər kəsə xain olan insan nədir?

- İblis"

sözlərini demək kifayət edir ki, hamı müəllifin kim olduğunu bilir. Bu da nadir halda nəsib olan bir haldır…

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »