Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gündən Rusiya neftinə sanksiyalar işə başlayır
Bu gündən Rusiya neftinə sanksiyalar işə başlayır

Avropa İttifaqı, "G7" ölkələri və Avstraliyanın Rusiya dəniz neftinin qiymət həddi barədə razılaşması qüvvəyə minib.

Bizimyol.info xəbər verir ki, bazar ertəsi qüvvəyə minən barel üçün 60 dollar həddi Rusiyanın Ukraynadakı müharibəsini maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq, eyni zamanda qlobal bazarı təmin etməyə davam etmək məqsədi daşıyır.

Moskva isə hasilatı azaltmalı olsa belə, tədbirə əməl etməyəcəyini bildirib.

Bu qadağa Aİ-nin Rusiya xammalının dəniz yolu ilə idxalına tətbiq etdiyi embarqo, eləcə də ABŞ, Kanada, Yaponiya və Böyük Britaniyanın oxşar öhdəlikləri ilə tənzimlənir.

Bu o deməkdir ki, yalnız bir barel üçün 60 dollara bərabər və ya ondan aşağı qiymətə satılan Rusiya nefti "G7" və Aİ tankerləri, sığorta şirkətləri və kredit təşkilatlarından istifadə etməklə üçüncü tərəf ölkələrinə göndərilə bilər. Dünyanın əsas gəmiçilik və sığorta şirkətləri "G7" ölkələrində yerləşdiyinə görə, məhdudiyyət Moskvanın neftini daha yüksək qiymətə satmasını çətinləşdirə bilər.

Bu tədbiri qəbul etməyən ölkələr Rusiya neftini əldə etmək, sığortalamaq və ya nəql etmək üçün Qərb xidmətlərindən istifadə etmədən 60 dallar limitindən yuxarı qiymətə rus neftini almağa davam edə bilər.

"Bizim aydın siqnallar almışıq ki, bir sıra inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələr, xüsusən də Asiyada, məhdudiyyət prinsiplərinə riayət edəcəklər", - deyən bir Avropa rəsmisi "AFP" xəbər agentliyinə bildirib. O qeyd edib ki, Rusiya artıq müştərilərinin endirimlər təklif etməsi üçün təzyiq altındadır.

Lakin dünyanın ikinci ən böyük neft ixracatçısı olan Rusiya bazar günü qadağaları qəbul etməyəcəyini və ona məxsus nefti məcburi qiymətlərlə satmayacağını söyləyib.

Baş nazirin müavini Aleksandr Novak bildirib ki, Qərbin bu addımı azad ticarət qaydalarına zidd olan kobud müdaxilədir və təchizat çatışmazlığına səbəb olmaqla qlobal enerji bazarlarında sabitliyi pozacaq.

"Hansı səviyyədən asılı olmayaraq, qiymət həddi alətinin istifadəsini qadağan etmək üçün mexanizmlər üzərində işləyirik, çünki bu cür müdaxilə bazarı daha da sabitsizləşdirə bilər. Biz neft və neft məhsullarını yalnız bazar şəraitində bizimlə işləyəcək ölkələrə satacağıq. Hətta lazım olsa, hasilatı bir qədər azaltmağa da gedəcəyik", - deyə o bildirib.

"Cümə günü "G7"də razılaşdırılan qiymət həddi, günün sonunda bir bareli 67 dollar səviyyəsində satılan Rusiya neftinin real dəyərindən çox da aşağı deyil", - deyə iqtisadçılar qeyd edib.

Rusiya öz tanker donanmasını yaratmaq, onları idarə etmək və sığortalamaq üçün şirnikləşdirici təkliflər etsə də, Brüssel hesab edir ki, bir gecədə dəniz ekosistemi qurmaq çox mürəkkəb olacaq, həmçinin Kreml bu cür düzəliş tədbirləri ilə müştəriləri inandırmaqda çətinlik çəkə bilər.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »