Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Molla rejimi geri çəkildi: Əxlaq polisinin fəaliyyəti dayandırıldı
Molla rejimi geri çəkildi: Əxlaq polisinin fəaliyyəti dayandırıldı

İranın baş prokuroru ölkədə üç aydır davam edən etirazların başlamasına səbəb olan əxlaq polisinin fəaliyyətini dayandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "aljazeera" məlumat verib.

Şənbə günü keçirilən tədbirdə “son iğtişaşlar zamanı hibrid müharibənin təsviri” ilə bağlı İran rəsmilərinin iğtişaşlarda xarici təsirlərin olduğunu belə təsvir etmələri ilə bağlı danışan baş prokuror Məhəmməd Cəfər Montazeri yerli mediaya əxlaq polisinin bu istiqamətdə əməliyyatlarının başa çatdığını deyib. O, əxlaq polisinin niyə bağlandığına dair sualı cavablandırarkən, əxlaq polisinin məhkəmə sistemi ilə heç bir əlaqəsi olmadığını və keçmişdə təşkil olunduğu qurum tərəfindən bağlandığını söyləyib.

Cəmiyyətdə “mənəvi təhlükəsizliyin” təmin edilməsi ilə bağlı rəsmi vəzifə daşıyan patrul bölmələrinin işinə xitam verildiyi barədə başqa heç bir rəsmi təsdiq yoxdur. Montazeri həmçinin əxlaq polisinin tamamilə ləğv edildiyinini və ya qeyri-müəyyən müddətə dayandırıldığını söyləməyib. Üstəlik, məcburi geyim kodunu tətbiq edən qanunun ləğv ediləcəyinə dair heç bir rəsmi açıqlama berilməyib.

Bildirilir ki, bu yaxınlara qədər əxlaq polisi ağ və yaşıl mikroavtobuslarda gəzir, əsasən küçələrdə qadınlara hicablarını düzəltmələrini və ya lazım gələrsə, onları “yenidən təhsil” adlanan mərkəzlərə aparacaqlarını söyləyirdi. Lakin son günlər həmin xidmət maşınlatı Tehran və ya digər şəhərlərdə görünmür.

Qeyd edək ki, etirazlar Tehranda əxlaq polisinin bölməsi tərəfindən ölkədə qadınlar üçün məcburi geyim qaydalarına əməl etmədiyinə görə həbs edilən 22 yaşlı qadın Məhsa Əmininin ölümündən sonra başlayıb.

Səlahiyyətlilər təhlükəsizlik kamerası görüntüləri yayaraq Amini insult keçirdiyini bildiriblər. Rəsmi açıqlamada onun üç gün komada qaldıqdan sonra müalicə olunduğu xəstəxanada dünyasını dəyişdiyi qeyd edilir. Hesabatında onun əvvəlcədən mövcud olan xəstəliyi nəticəsində öldüyü iddia edilir, lakin ailəsi onun döyüldüyündən şübhələndiklərini söyləyir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »